ABŞ-li məşhur müğənni Ramazan bayramını türkcə təbrik etdi

ABŞ-li məşhur müğənni Halsey, Ramazan bayramını türkcə mesajla qeyd edərək Türkiyəyə olan bağlılığını bir daha nümayiş etdirib.

Sherg.az xəbər verir ki, 2023-cü ildə ayrıldığı türk ssenarist Alev Aydından Ender Ridley adlı oğlu olan sənətçi, sosial media hesabında paylaşım edərək izləyicilərinin bayramını təbrik edib.

Halsey paylaşımında türk, ingilis və ərəb dillərində “Bayramınız mübarək olsun” ifadəsinə yer verib.

Hazırda aktyor Avan Jogia ilə münasibətdə olan müğənninin bu jesti xüsusilə türk pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Halsey Alev Aydın ilə münasibətdə olduğu dövrdə türk dilini öyrənməyə başladığını bildirmişdi. Bir neçə dəfə İstanbula səfər edən müğənni sosial şəbəkələrdə zaman-zaman türkcə paylaşımlar da edib.

Sənətçi daha əvvəl verdiyi açıqlamada isə belə demişdi:

“Macar əsilli olduğumu düşünərək böyümüşdüm. Sonra DNT testi etdirdim və çox da macar olmadığımı, əslində türk olduğumu gördüm. Bu, cəmi 11 faizdir, amma paxlavanı sevməyim üçün kifayətdir.”