Afət təhdid olunur:“Boğaza yığılmışıq, bizdən pul tələb edirlər”
08:15 30.06.2021
Şou
921
“Daxili İşlər nazirliyinə, Vilayət Eyvazova müraciət edirəm. Biz müğənniləri xaricdə yaşayan bloqerlərə söydürən xanımı araşdırın. Görün kimlərə pul yardımları edib və kimlərlə əlaqədadır. Özü və ailə üzvləri araşdırılsın. Boğaza yığılmışıq. Bizdən də pul tələb olunur. Vermədikdə şantaj edəcəklərini söyləyirlər”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram profilində paylaşdığı videoda müğənni Afət Fərmanqızı söyləyib. A.Fərmanqızı ad çəkməsə, həmkarı Nazənin Salayevadan danışdığı məlum olub:
“ Məsələn, Manaf Ağayevlə həmin xanım düşmən idi. Mən Manafla küsülü olanda ona sərf edirdi. Biz barışan günü məni söydürdü. Yenə də bilməzliyə vurdum. Fikirləşdim ki, söyülənlərdə artıq deyiləm. Bu dövləti kim istəyirsə, onları söyürlər. Sonra o xanıma zəng elədim ki, Manafa görə, təhqir olundum. Ondan söz alırdım.
Qayıtdı ki, sənə lazım idi Manafla barışmaq? Həmin an tutdum ki, düz yoldayam. Yaxın günlərdə xaricdə bizi söyənlərdən birinin oğluna pul veriblər. Məndə olan məlumatdır. Bunu araşdırıb tapmaq asandır. O xanım bu gün məni söydürür. Adıma pis-pis sözlər dedizdirir, ləzzət alır. Ona görə ki, çəkilişdə süfrəmin başında Manaf Ağayev oturub. Düşünmə ki, biz bilmirik. Mənə o, nə deyəcək ki? Bir qadına nə deyə bilər? Məsələn, ona deyir ki, söylə Afəti filan qiymətə filan yerə çağırmışam.
Bu adamın tərzi belədir. Yanımda bir xanım sənətçini söydürüb Sankt- Peterburqdan onlara pul göndərib. Mən şahidəm. İndi sual verirəm, ay xanım sən niyə söyülmürsən? Əziyyət çəkib, ən ucuz qiymətə toylara gedib, xalqın şad günündə yanında olmuşam. Razıyam, hamımız söyülək. Necə olur ki, rəfiqənin ərini əlindən almısan.
Söyülmürsən. Mən isə belə etməmişəm. Bizi təhqir etdirən sənsən. Bilirik. Maşın sürə bilmirik. Həmin dəqiqə videomuzu xaircdəkilərə göndərir, söydürür. Sankt- Peterburqda ərinin maşın salonları var. Onların vasitəsilə həmin adamlara pul göndərir. Flora Kərimovadan danışmıram. O şəxsiyyətli insandır. Mərd kimi düşmənçilik edir. Açıb sandığı tökəcəm pambığı. Hamısının adı ilə deyəcəm. Bir də insanları çaşdırırlar ki, pandemiya dövründə öz yardımımdan sonra “Kamaz”larla yardımı adıma çıxmışam. Xeyir. Kömək edənlərin adını demişəm”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm