Hərbi mundirə hörmətsizlik: “...Nəzarətə götürülməlidir”
Yusif Sultanoğlu
10:54 12.03.2021
Şou
2072
Zaman-zaman efirlərdə şou əhlini hərbi formalarda, yaxud da buna bənzər paltarlarda görürük. Lakin onlar ya formanı düzgün qaydada geyinmirlər, ya da çox uyğunsuz “kombin”lə çıxış edirlər.
Nəticədə insanların haqlı tənqidlərinə tuş gəlirlər. Məsələn, müğənni Xatirə İslam verlişlərin birində hərbi papaqda olmasına baxmayaraq, son dərəcə açıq-saçıq geyimdə mahnı oxuyur.
Ötən il Vətən müharibəsi zamanı da belə görüntülərlə rastlaşdıq. Əsgərlərimizin şərəfli mundirinə sayğsızılıq edib, rütbələri yanlış taxır, hərbi səhvlərə yol verirdilər. Onların adlarını bir-bir sadalasaq, yazının həcmi böyüyər və mətləbdən uzaqlaşarıq.
Məlumat üçün bildirək ki, Xatirə İslamın həyat yoldaşı da hərbçidir.
Gəlin, o formanı şərəflə daşıyan qazimiz Kamil Musavinin mövzu ilə bağlı “Sherg.az”a dediklərini oxuyaq:
“Bu kimi halların əleyhinəyəm. Hərbi formanı qazilərimiz geyinir, şəhidlərimiz o libasda şəhadətə ucalıb. Ona görə hərbi mundir müqəddəsdir.Onu yalnız hərbi xidmətdən sonra icazəsi olan şəxslər, bir də hərbi qulluqçular geyinə bilər.
Məsələni Müdafiə Nazirliyinin hərbi polis idarəsi nəzarətə götürməlidir. İnsanlar icazəsiz hərbi paltarlar geyinməməlidirlər.
Eyni zamanda satışı da qadağan olunmaldır. İstəyən hərbi xidmətə yollanıb, orda geyinsin. Sadəcə hörmət qazanmaq, özünü reklam etmək, cəmiyyətin diqqətini çəkmək üçün bu addımların atılması yanlışdır. Digər kamuflyaj paltarlardakı parçalar hərbi formaya bənzəmir. Tamam fərqli stillərdir.
Bu tip geyimləri fabriklər istehsal edirlər. Onlara qadağa qoyulması isə mümkünsüzdür. Sözügedən halların qarşısının alınması üçün dövlət səviyyəsində addımlar atmaq olar. Amma hazırda o formalardan istifadə edə bilirlərsə, deməli nəzarət zəifdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region