Keti Perrinin Bakıya gəlməyinə paxıllıq etdi

“Yalı çapkını” serialı ilə populyarlaşan Afra Saraçoğlu dünya ulduzu Keti Perrinin Azərbaycana gəlmə xəbərinə maraqlı reaksiya verib.

OLAY yazır ki, o, bu barıdı Keti Perrinin Bakı konsertinin anonsunu verdiyi posta şərh yazıb.

Müğənninin Bakıya gəlməyinə paxıllıq edən Afra “İstanbula gəl, yoxsa səni bloklayacağam”, - deyə, bildirib.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisində məşhur müğənni Keti Perri səhnə alacaq.