Pərvin-Səbinə qalmaqalı:"Türkiyədə ərə getdin, nə etdinsə, günahı öz boynuna"
Yusif Sultanoğlu
07:30 21.07.2021
Şou
714
Aktrisa Pərvin Abıyeva ilə mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə arasında qalmaqal yaşanıb. Buna səbəb P.Abıyevanın "Onun sirri" proqramında Ş.Zəkizadənin bir vaxt onu sevdiyini söyləməsi olub. Hətta Pərvin Şahinin "Ölsəm bağışla" şeirini ona həsr etdiyini bildirib.
S.Zəkizadə açıqlama verərək P.Abıyevanın yalan danışdığını iddia edib.
Pərvindən S.Zəkizadəyə cavab gecikməyib.
"Sherg.az"ın məlumatına görə, o, sosial şəbəkədə səhifələrdən birində bu rəyi yazıb:
"Səbinəni uzun illərdir görmürəm, amma özü də gözəl bilir ki, məndə sübutlar, yazışmalar, onun etirafları var. Ay Səbinə, səncə reklama ehtiyac duyuram? Şahin ölən kimi Türkiyəyə üz tutdun, itdin, ərə getdin, nə etdinsə, günahı öz boynuna. Bilinmir haralardasan. Şahinlə səni mən tanış etdim, evləndirdim. Sırf sən ailə qurmaq istədiyin üçün. "Şahinin adı ilə özünü reklam edir", deyib məni qıcıqlandırma. Bu günə qədər kimsə soruşmadı, haradasa danışmadım. Dost-tanışlar da şahiddir. Məncə, bu söhbəti uzatma. O 500 manatı özüm üçün qazanmadım. Sənə həm toyunda, həm Şahinin xəstəliyində, həm də onun ölümündən sonra dəstək olduğum kimi yardım etdim. Bunu ən gözəl sən anlamalısan. Hələ açıqlama verməyin artıq idi. Heç olmasa verilişə sona qədər baxardın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media