Şəxsən özüm araşdırmışam. Bundan niyə danışmırsan ki, müğənnilərin mülklərini çəkirsən.
Qalmaqal ! - Zaurun 70 minlik darvazası, Yusifin "Galenvagen"i və 20 minlik mərc - Əsl şou indi başlayır
07:23 25.03.2021
Şou
2282
Aparıcı Zaur Kamal evinə 70 min manatlıq darvaza qoydurub. Sherg.az xəbər verir ki, bu barədə müğənni Yusif Mustafayev elə Z. Kamalın ARB TV -də yayınlanan "Həmin Zaur" verilişində aparıcının üzünə deyib. Müğənni Z. Kamalın onun atası evini çəkib göstərdiyinə görə hiddətini gizlədə bilməyib. Və aparıcıya bu sayaq əməllərindən əl çəkməyi tövsiyə edib. Aparıcı isə müğənni ilə razılaşmayaraq bildirib ki, müğənnilər pulu xalqdan qazanır və ona görə də varidatlarını deməkdən, göstərməkdən çəkinməli deyillər. Əsl şou da aparıcının bu cavabından sonra başladı.
Y.Mustafayev qəzəblə dilləndi:
- Dədəmin evi köhnəlmişdi, tamamilə söküb, yeni - ikimərtəbəli ev tikdirdim. Burada nə var ki?! Sən də evinə 70 min manatlıq darvaza qoydurmusan.
Şəxsən özüm araşdırmışam. Bundan niyə danışmırsan ki, müğənnilərin mülklərini çəkirsən.
Bu məqamda aparıcı sanki efirdə olduğunu unutdu şaqqanaq çəkib dedi:
- Ay yetim , mənim 70 min manatın haradandır ? Nə qazanıram ki... Bir maşınım var, onu da kreditlə almışam.
Bu məqamda Y.Mustafayev yenidən inadla söylədi:
-70 min manatlıq darvazanı necə almısan? Sən müğənnilərdən də imkanlısan.
Bu əsnada Z.Kamal xeyli ciddi görkəm aldı:
-Gəl, mərc kəsək, darvaza 70 min manat olsa, "Galenvagen"i mənə verəcəksən.
"Galenvagen" sözünü eşidən Y.Mustafayev yenidən özündən çıxdı:
-Haradadır "Galenvagen", onu satmışam, indi "Hyundai Azera" sürürəm.
Aparıcı Y.Mustafayevin maşınla mərcə maraq göstərmədiyini duyub, ona 20 min manatdan mərc kəsməyi təklif etdi. Z.Kamal nə qədər israr etsə də, müğənni buna həvəs göstərmədi.
Belə gərgin "söz atışması"ndan sonra ortamı sakitləşdirmək üçün aparıcı müğənnidən bir mahnı ifa etməyi xahiş etdi.
AYDIN BAXIŞ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz