"Samir heç "Əməkdar artist" deyil, bu da tənbəllikdən irəli gəlir" - Aygün
14:34 30.01.2022
Şou
352
Xalq artisti Aygün Kazımova "Şourum" proqramının "Deyirlər ki..." rubrikasının qonağı olub.
Axşam.az xəbər verir ki, müğənni rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Kazımova müğənni Samir Bağırovdan danışaraq, onu tənbəl adlandırıb:
"Çox istəyərdim Samir Bağırov layiq olduğu yeri tutsun. Onun dostluğu arada birtərəfli, arada qarşılıqlı, arada da qarşılıqsız olur. Samiri hər dəfə kimsə çıxartmalıdır. Bu rol da çox vaxt mənim üzərimə düşür. Bu da içdən gələn bir şeylərdir. Samirlə səhnəyə gələn biz dostları "Xalq artisti" oldu. Samir isə heç "Əməkdar artist" deyil. Bu da tənbəllikdən irəli gəlir. İnsan çox istedadlı ola bilər, amma tənbəldirsə, layiq olduğu təbəqəyə çatmayacaq. İstedadla birlikdə əmək sərf etməlisən. Oturub uğursuzluqlarında kimisə günahkar çıxartmaq olmaz. Uğur da, uğursuzluq da insanın öz əlindədir".
Müğənni "Deyirlər, bu sahədə dostluq yoxdur" sözlərinə belə cavab verib:
"Şeytan işidir... Niyə? Bu sənin seçdiyin sənətdir. Hansısa zirvəyə çatmamısansa, arzunu həyata keçirməmisənsə, ayağın boydakılar səhnəndədir sən yoxsansa, kimisə günahlandırma. O mənə bunu etmədi məndə də olmadı. Kimsə sənə dəstək olursa, minnətdar ol. Elə onların sayəsində Samir bu gün gəlib hamının gözlədiyi Samir Bağırov olmur. İnsanın xasiyyəti, düşüncəsi ya onun dostudur, ya da düşmənidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm