SEPAH: ABŞ-la bağlı neft təsisatları Amerika bazası kimi hədəf alınacaq

ABŞ-la bağlı neft təsisatları Amerika bazası hesab olunacaq və hədəf alınacaq.

APA xəbər verir ki, bunu SEPAH donanmasının komandanı Əlireza Təngsiri “X” səhifəsində yazıb.

O, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb.