Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr beynəlxalq təşkilatlarla, xüsusən də dünya mədəniyyətinə, təhsil və elminə məsul olan YUNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Bu əməkdaşlığın belə bir yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir.
Bunu “Sherg.az”a millət vəkili Rauf Əliyev Xan sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin YUNESKO-nun Dünya İrs Siyahısına salınmasına münasibət bildirərkən deyib.
Parlamentarinin sözlərinə görə, buna qədər Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib:
“Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilib. Bütün bunlar Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur. Azərbaycanla YUNESKO arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edərək belə yüksək səviyyəyə çatdırılması və bu əməkdaşlığın davam etdirilməsi imkan verəcək ki, xalqımıza məxsus, böyük əhəmiyyət daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin də YUNESKO-nun Dünya Mədəniyyət Mirasları Siyahısına salınması məqsədi ilə aparılan işlər uğurla nəticələnsin".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına daxil edilib.
“Xan sarayı və Şəkinin tarixi hissəsinin Dünya İrs Siyahısına salınması növbəti uğurumuzdur”
12:57 08.07.2019
Tarix
980
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Coca-Cola məhsulları yığışdırılır - SƏBƏB
07:02 28.01.2025
Dünya
Portağalın dəriyə möcüzəvi təsiri - Üz maskaları
06:37 28.01.2025
Sağlamlıq
İspaniya müdafiə xərclərini 70% artırıb
04:45 28.01.2025
Hərbi
Lukaşenkonun açıqlamasında ikili yanaşma var -Millət vəkili
04:27 28.01.2025
Siyasət
Ayşə Barım həbs edildi
03:31 28.01.2025
Hadisə
Analitik: “Çox təəssüf ki, Rusiya kimi qonşumuz var”
03:08 28.01.2025
Siyasət
Ərdoğan erməni katolikosu ilə görüşdü
02:13 28.01.2025
Dünya
Oğlunu hərbi xidmətə yola salan ana qəfil öldü
01:46 28.01.2025
Hadisə
Birbank mobil tətbiqinin fəaliyyəti bərpa edilib - YENİLƏNİB
01:15 28.01.2025
Cəmiyyət
Vuçiç nazirlərin yarıdan çoxunun dəyişdiriləcəyini açıqlayıb
00:42 28.01.2025
Dünya
Zelenski: Ukrayna nüvə silahından əl çəkməməli idi
00:28 28.01.2025
Gündəm
Sağlamlığa ən təhlükəli spirtli içkilər - REYTİNQ
23:44 27.01.2025
Sağlamlıq
AB Trampın Qəzza ilə bağlı bu təşəbbüsünə qarşı çıxdı
23:29 27.01.2025
Siyasət
ABŞ səmasında sirli dronlar
23:16 27.01.2025
Dünya
“Fənərbaxça” Taliskanın transferini açıqladı
23:07 27.01.2025
İdman
Azərbaycan səfiri Keniyanın informasiya naziri ilə görüşüb
22:58 27.01.2025
Siyasət
Tanınmış rejissora ağır itki üz verdi
22:44 27.01.2025
Hadisə
Almaniyada pulsuz pivə paylayacaqlar - SƏBƏB
22:31 27.01.2025
Maraqlı