Aprel şəhidi Mühüd Orucova həsr olunan kitabın təqdimatı keçirilib – Foto
19:42 17.07.2019
Tarix
4012
Bu gün tanınmış şair, publisist Fəridə Ləmanın “Zabitlər Evi”ndə aprel döyüşlərində böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat tabor komandiri, kapitan Mühüd Orucova həsr olunan kitabının təqdimat mərasimi keçirilib.
Kitab M.Orucovun ömür və keçdiyi döyüş yoluna həsr olunub.
“Sherg.az” xəbər verir ki, bu kitab “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə işıq üzü görən bir poemadır. Kitabın təqdimatında ziyalılar, şairlər, Azərbaycan ordusunun zabitləri, şəhidin döyüş yoldaşları iştirak ediblər. Iclasda Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, “Şərq”qəzetinin baş rekatoru Akif Aşırlı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və başqaları çıxış ediblər.
Bundan başqa M.Orucovun döyüş yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər. Müəllif F.Ləman da çıxış edərək, mərasim iştirakçılarına minnətdarlığını bildirib. Şəhidin əmisi kitabın yazılması və çapına görə, təşəkkürünü ifadə edib. Sonda tədbir əsgəri nəğmələrlə başa çatıb.
Məlumat üçün bildirək ki, Mühüd Qurban oğlu Orucov 1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühüd Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Ailəli idi, 2-ci sinifə keçən Anar və Vüqar adlı əkiz övladları var.
O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 12-si isə doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb.
Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya
COP29-un bağlanış plenar iclası keçirilir
20:42 23.11.2024
Gündəm
Fidan da təkzib etdi: Onlar Türkiyəyə köçməyib
20:32 23.11.2024
Dünya
Azərbaycan mediasının COP29 sınağı
20:28 23.11.2024
Media
Zaxarovadan Barona: Bu, Ukraynanı məhv etməkdir!
20:18 23.11.2024
Dünya
Ərdoğan Netanyahu və Qallantın həbsi ilə bağlı qərardan danışdı
19:57 23.11.2024
Dünya
Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro
19:44 23.11.2024
Dünya
"Qarabağ" növbəti qələbəsini qazanıb
19:30 23.11.2024
İdman
Hakan Fidan Lavrovla danışdı
19:06 23.11.2024
Dünya
Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
18:37 23.11.2024
Sosial
Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi
18:21 23.11.2024
Dünya
İranda Turan bayrağı qaldırıldı
18:00 23.11.2024
Dünya
Tramp NATO baş katibi ilə görüşdü
17:38 23.11.2024
Dünya
Qəzzada ölənlərin sayı 44 mini ötüb
17:30 23.11.2024
Dünya
Avtomobil bazarında qiymətin yüksəlməsinə rast gəlinmir -RƏY
17:22 23.11.2024
Cəmiyyət