Fazil Mustafadan Fəzail Ağamalıya daha bir sərt cavab
23:42 02.08.2019
Tarix
686
"Baxın, Azərbaycanda tarixin fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazıdır Fəzail Ağamalı"
Millət vəkilləri Fazil Mustafa ilə Fəzail Ağamalı arasındakı polemika davam edir.
Musavat.com xəbər verir ki, F.Mustafa F.Ağamalı barədə yazdığı son statusda öncə onun açıqlamasını xatırladıb. Açıqlama aşağıdakı kimidir:
F.Ağamalı: "Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan- doğruya kimsən!?”
F.Mustafa isə ona cavab olaraq aşağıdakıları qeyd edib:
"Fəzail Ağamalı vətənpərvərlik pafosu ilə verdiyi açıqlamanın sonunda şəxsimizə qarşı belə bir sual yönəldib. Dərhal düşünürsən ki, bu cür cahil qafaların yönləndirdiyi millət inkişaf edə bilərmi? İnsanlar gözüyumulu, bütə sitayiş edirmiş kimi tarixi şəxsiyyətlərə də sitayiş etməlidir? Onların etdiyi faydalı və zərərli əməlləri insanlar müzakirə edib nəticə çıxarmamalıdır? Baxın, Azərbaycanda tarixin fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazıdır Fəzail Ağamalı. Bunların həmişə səsləndirdiyi bir qeyri-elmi arqument var: deyirlər ki, ermənilər özlərindən saxta tarix uydururlar, biz də belə etməliyik. Buyurun, siz ermənilərin etdiyini təkrarlayın. Biz türklər öz yanlışlarımızı üzə çıxarmaqdan qorxmamalıyıq. Çünki geriçiliyimizin mənbəyini tapmadıqca erməniyə də, rusa da, farsa da hər zaman məğlub olmağa məhkumuq. İndisi və gələcəyi barədə sağlam düşüncəsi olmayan xalqlar əsasən tarixə mədət yeri kimi baxırlar. Mənim kimliyimə gəldikdə isə Azərbaycanda alimliyi kitabları ilə deyil, ancaq diplomla təsdiqlənən cahillərin qarşısında öz doğrularını qətiyyətlə savunan və onların savadsızlığını üzə çıxaran, Axundovun, Rəsulzadənin, Ağaoğlunun, Hüseynzadənin bu millət üçün miras qoyduğu sağlam dünyagörüşü onlara öyrədən Azərbaycan vətəndaşıyam! Kaş ki, bizdə elmi diskusiyalar üçün normal məkan, mühit olaydı, bu cür saxta vətənpərvərlərin tezislərinin nə qədər çürük və mənasız olduğunu rahatlıqla ortaya qoyardım. Necə ki, bunu bir neçə dəfə televiziyalardakı debatlarda etmişəm və az-çox obyektiv düşüncəli insanlar buna şahiddirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya
COP29-un bağlanış plenar iclası keçirilir
20:42 23.11.2024
Gündəm
Fidan da təkzib etdi: Onlar Türkiyəyə köçməyib
20:32 23.11.2024
Dünya
Azərbaycan mediasının COP29 sınağı
20:28 23.11.2024
Media
Zaxarovadan Barona: Bu, Ukraynanı məhv etməkdir!
20:18 23.11.2024
Dünya
Ərdoğan Netanyahu və Qallantın həbsi ilə bağlı qərardan danışdı
19:57 23.11.2024
Dünya
Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro
19:44 23.11.2024
Dünya
"Qarabağ" növbəti qələbəsini qazanıb
19:30 23.11.2024
İdman
Hakan Fidan Lavrovla danışdı
19:06 23.11.2024
Dünya
Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
18:37 23.11.2024
Sosial
Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi
18:21 23.11.2024
Dünya
İranda Turan bayrağı qaldırıldı
18:00 23.11.2024
Dünya
Tramp NATO baş katibi ilə görüşdü
17:38 23.11.2024
Dünya
Qəzzada ölənlərin sayı 44 mini ötüb
17:30 23.11.2024
Dünya
Avtomobil bazarında qiymətin yüksəlməsinə rast gəlinmir -RƏY
17:22 23.11.2024
Cəmiyyət