Tarix İnstitutu: Dərbənd Dövlət Azərbaycan Dram Teatrı binasız qalıb
21:15 08.08.2019
Tarix
497
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Dərbənd şəhərində yerləşən Dövlət Azərbaycan Dram Teatrının son durumu ilə bağlı açıqlama yayıb.
Tarix İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, hazırda Dərbənddə Azərbaycan teatrı fəaliyyət göstərmir.
Teatrın direktoru Firdovsi Əsgərovun verdiyi məlumata görə, 1998-ci ildə teatra fəaliyyətdə olmayan “Rodina” (Vətən) kinoteatrının (1937-ci il tikilisi) binası verilib. Bu bina teatr normalarına uyğun gəlmədiyi üçün 2000-ci ildə sökülüb və həmin yerdə 230 nəfərlik teatr binasının tikintisinə başlanılıb. Lakin işin gedişində uzun müddətli fasilələr yaranıb, tez-tez iş dayandırılıb və 2006-cı ildə isə layihə tamamilə dondurulub.
2015-ci ildə Nizami Gəncəvi adına parkda teatrın yeni binasının inşası üçün yer ayrılıb, lakin müəyyən qüvvələr teatrın burada tikilməsinə əngəl törədiblər. Dərbənd Dövlət Azərbaycan Dram Teatrının 1998-ci ildən davam edən bina problemi həllini tapmayıb və teatr binasız qalıb.
Teatrın kollektivi 57 nəfərdən ibarətdir, onlardan 7 nəfəri Dağıstanın əməkdar artistidir. Teatr tez-tez Rusiyanın, Azərbaycanın və Türkiyənin müxtəlif şəhərlərində qastrol səfərlərində olur. Lakin teatrın binası olmadığı üçün Dərbənddə tamaşalar Ləzgi Dram Teatrının binasında göstərilir. Dərbənd Dövlət Azərbaycan Dram Teatrının ümumiyyətlə məşq meydançası da yoxdur.
Qeyd olunub ki, Dərbənddə Ləzgi və Tabasaran teatrlarının binaları həm müasir tələblərə cavab verir, həm yerləşdikləri məkanlar çox əlverişlidir, həm də məhsuldar fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya
COP29-un bağlanış plenar iclası keçirilir
20:42 23.11.2024
Gündəm
Fidan da təkzib etdi: Onlar Türkiyəyə köçməyib
20:32 23.11.2024
Dünya
Azərbaycan mediasının COP29 sınağı
20:28 23.11.2024
Media
Zaxarovadan Barona: Bu, Ukraynanı məhv etməkdir!
20:18 23.11.2024
Dünya
Ərdoğan Netanyahu və Qallantın həbsi ilə bağlı qərardan danışdı
19:57 23.11.2024
Dünya
Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro
19:44 23.11.2024
Dünya
"Qarabağ" növbəti qələbəsini qazanıb
19:30 23.11.2024
İdman
Hakan Fidan Lavrovla danışdı
19:06 23.11.2024
Dünya
Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
18:37 23.11.2024
Sosial
Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi
18:21 23.11.2024
Dünya
İranda Turan bayrağı qaldırıldı
18:00 23.11.2024
Dünya
Tramp NATO baş katibi ilə görüşdü
17:38 23.11.2024
Dünya
Qəzzada ölənlərin sayı 44 mini ötüb
17:30 23.11.2024
Dünya
Avtomobil bazarında qiymətin yüksəlməsinə rast gəlinmir -RƏY
17:22 23.11.2024
Cəmiyyət