«1918-20-ci illər xalqımızın milli mövcudluğunun imtahana çəkildiyi bir dövr idi. Milli dövlətçiliyinin bərpası faktının özü milli varlığın qorunub saxlanılmasında çox mühüm rol oynamışdır. Əsrin əvvəlində bu milli oyanış xalqımızın qərinələrdən bəri ürəyində yaşatdığı istəklərin məntiqi nəticəsi idi. Bu dövr Azərbaycan dövlətinin, onun parlamentinin fəaliyyəti üçün çox mürəkkəb və məsuliyyətli bir dövr idi».
İLHAM ƏLİYEV
Ümummilli liderimiz Heydər Əliyev çıxışında qeyd etmişdir ki, «XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişiliklərə gətirib çıxartdı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı”.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini nümayiş etdirmişdir.
Azərbaycanda ilk Demokratik Respublikasının yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadədəsi olmuşdur. Bu xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Demokratik Respublikası 23 ay yaşamışdır. Bu müddətdə 5 dəfə hökümət qurulmuşdur. Yaranmış hər bir hökümət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş, yenidən yaranan hökümət yenə də istefa vermiş və beləliklə də bu ağır şəraitdə Demokratik Respublikanın dövlət, hökümət orqanları istənilən fəaliyyəti göstərə bilməmişlər.
Ancaq onlar öz üzərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanda Demokratik Respublikasının höküməti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməli olmuşdur.
1917-ci ildə Çar Rusiyası dağıldıqdan sonra XX əsrin əvvəllərində, yəni 1918-ci ildə tarixi müstəqiliyin şirinliyindən Azərbaycan xalqı da daddı. Tarixçilər yaxşı bilirlər ki, Azərbaycan xalıq müsstəqillik dövründə cəmi 23 ay yaşamışdır. Həmin dövrdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, höküməti, ordusu və pul vahidi, bayrağı, himni olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə prinsiplərinə görə şərqdə ilk demokratik respublika idi.
Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bu müstəqil dövlət öz bəyannaməsində qeyd etmişdir ki, Azərbaycan Xalqı öz müqəddaratını müəyyən etmək, insanların hüquqi bərabərliyinə hörmət etmək, bütün xarici dövlətlərlə, habelə qonşu xaqlarla dinc və əminamalıq şəraitində yaşamaq prinsiplərinə əməl edir.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-iqtisadi şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalımızın tarixinin ən parlaq səhifələrindən birinə çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qısa bir zamanda ölkədə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində bir sıra mühüm addımlar atmışdır. O, az yaşasa da xalqa azadlıq, müstəqillik fikrini aşıladı.
Ümummilli lider Heydər Əliyev XX əsr Azərbaycan tarixini səciyyələndirərkən qeyd etmişdi: “XIX əsrin sonu – XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi, Azərbaycan xalqının həyatının bütün sahələrində də öz təsirini göstərmişdir. Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi etmişdir. İqtisadi inkişafla əlaqədar olaraq bu dövrdə təhsil, elm, incəsənət və ədəbiyyat sahələrində böyük canlanma başlandı. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və sair şəhərlərdə yeni tipli şəhər və qəza məktəbləri açıldı. Qori müəllimlər seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər.
Azərbaycanda Demokratik Respublikasının fəaliyyətinə xitam verilmişdir. Azərbaycan xalqı 70 il Sovet Sosialist Respublikaları İttifaqında müttəfiqi şəraitində yaşamışdır. Bu, XX əsrdə bizim xalqımızın həyatının böyük bir hissəsidir. Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşduq, ancaq Respublika kimi bir çox müstəqil işlər görmək imkanına malik olmuşuq. Ona görə də bu dövrü lazımınca qiymətləndirmək zəruridir. Çünki, bu dövrdə bizim xalqımız yaşamış, yaratmış, qurmuş və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini elan edərkən Azərbaycan Respublikası artıq böyük bir ölkə idi. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də Konstitusiya aktı ilə, sonra isə dekabrın axırında ümumxalq səsverməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və müstəqil dövlət kimi yaşamağa başladı. Biz on dörd ildir ki, müstəqil dövlətik, dövlət müstəqilliyimizin on beşinci ilini yaşayırıq. Ancaq bu illərin özünəməxsus, xarakterik cəhətləri var. Bu illər çox çətin, ağır, müəyyən qədər ziddiyyətli illər olubdur və Azərbaycan Respublikasının bu gün mövcud olan dövlət müstəqilliyi böyük sınaqlardan keçibdir. İftixar hissi ilə demək olar ki, bu sınaqlardan şərəflə çıxıbdır və indi Azərbaycanın dövlət müstəqiliyi artıq mövcuddur və dönməzdir.
Heydər Əliyev prezidentliyə başladığı ilk günlərdə Azərbaycanda yeni bir dövr – milli müstəqillik, istiqlal, milli azadlıq, suverenlik dövrü başlanmışdır. Azərbaycan böyük irəliləyişə nail olmuşdur. Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, Azərbaycanın demokratik imici, müstəqiliyin əbədiliyi, dönməzliyi artmışdır. Getdikcə Azərbaycan dünya dövlətləri içərisində özünə layiqli yer tutmuşdur. Ilk gündən Azərbaycanda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycanın iqtisadi yüksəlişi, xalqın güzəranının yaxşılaşdırılmasının təmin olunmasında yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin müstəsna əhəmiyətini görən Heydər Əliyev 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalamışdır. 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinə başlanması Azərbaycanın ilk müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətləridir.
Heydər Əliyev sülhsevər bir dövlət başçısı kimi müstəqillik dövründə Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırlmasında böyük işlər görmüşdür. Eyni zamanda respublikada hüquqi-demokratik dövlət quruculuğu sahəsində qazanılan uğurlar və s. buna misaldır.
Etiraf etməliyik ki, dövlət müstəqilliyimizi 1991-ci ildə elan etsək də, tam müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışı ilə başlanıbdır. Belə bir məqama da diqqət yetirilməlidir ki, müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Bu varislik özünü dövlətçiliyin bir sıra əlamətlərində aydın şəkildə büruzə verir: cəmiyyətin dövlət siyasi təşkilinin spesifik formalarında (idarəetmə formaları, dövlət quruluşu, hakimiyyətin strukturu, siyasi münasibətlər və s.); rəsmi dövlət dilindən istifadə olunmasında; emblematikada (gerb, bayram, himn).
Milli dövlətçilik ölkədə yaşayan millət və xalqların, etnik qrupların konsolidasiyasının siyasi forması kimi çıxış edir. Mövcud reallıqları obyektiv surətdə nəzərə alan dövlətçilik əhalinin müxtəlif qrup və təbəqələrinin təşəbbüskarlığını, fəallığını stimullaşdırır; bu, həm yerli, həm də ümumdövlət vəzifələrinin uğurla həllinin zəruri şəritidir. Probelmlərin vaxtında müəyyənləşdirilməsi və ədalətli həlli ölkə ərazisindəki qrupların, təbəqələrin yaxınlaşmasına, əlbir fəaliyyətinə zəmin yaradır.
Ümummilli lider Heydər Əliyev daim vaxtı çatmış problemlərin həllinə müstəsna dərəcədə həssaslıqla yanaşırdı. Bu cəhət Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bölgələrə və xarici ölkələrə səfərləri milli dövlətçiliyini demokratik və humanist əsaslarda daha da inkişafına, daxili və xarici siyasətin konkret problemlərinin elmi əsaslarda dəqiqləşdirilməsinə, obyektiv və optimal həll yollarının tapılmasına kömək edir.
Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur. Ötən 17 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursu bütün sahələrdə böyük uğurlara yol açıb, əhalinin rifahının daim gücləndirib.
Güclü dövləti, güclü lideri olan xalq istənilən çətinliyi uğurla dəf edə, ölüm virusundan da az itkilərlə çıxa bilər.
Korona virusla mübarizədə Azərbaycan öndə gedir.
Azərbaycan prezidenti İlham Əliyev hər bir vətəndaşına dəyər verir, onun sağlamlığını ən vacib məsələ sayır.
İnkişaf etmiş ölkələr pandemiya qarşısında aciz qaldığı zaman, Azərbaycanın bəşəri səciyyə daşıyan təşəbbüslərinin gündəmə gətirilməsi, çevik, operativ addımlar atılması və bu təcrübənin dünya ilə paylaşılması, tibbi ləvazimat və avadanlıqların alınması üçün konkret vəsaitlərin ayrılması, tikilən modul tipli xəstəxanalar, Azərbaycan liderinin qlobal çağırışlarla çıxış etməsi buna bir daha sübutdur.
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İntitutunun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru