Akif Aşırlıdan tarixi müqayisə: “...Yenə vəfalı Türk qardaşının köməyinə gəlir !”

“Naxçıvandan başlayaraq Qarabağadək birgə hərbi təlimlərə başlayır”

“Şimal ayısına sığınan düşmənə öz mesajını verir . Budur qardaşlıq , budur tarixə sədaqət!”



“1918 -ci ilin avqustun 5 - i.Qafqaz İslam Ordusu "Qurd qapısı" nda mövqelərini möhkəmləndirib, bütün strateji nöqtələrə nəzarət edir, düşmənlərə aman vermirdi”.

“Sherg.az” xəbər verir ki, bunu öz Feybsuk  hesabında “Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist Akif Aşırlı yazıb. Baş yazar qeyd edib ki, yenicə doğulan Azərbaycan Cümhuriyyətinin əli silah tutanı Türk ordusu ilə birgə səngərdə döyüşür ,ağzı dualı analar Tanrıya üz tutub zəfər diləyir, ziyalılar təbliğat aparırdı:

“Həmin vaxt Turancı Abdulla Şaiq səngərlərə boylanıb yazırdı:" Neyçün böylə gecikdin ? ". Tarix bu dəfə başqa formada ,amma eyni amalla təkrar lanır.
2020 -ci ilin avqustu ərəfəsində yenə vəfalı Türk qardaşının köməyinə gəlir, Naxçıvandan başlayaraq Qarabağadək birgə hərbi təlimlərə başlayır, Şimal ayısına sığınan düşmənə öz mesajını verir . Budur qardaşlıq , budur tarixə sədaqət!”