“Türk “mehmetciyi” Azərbaycan əsgəri ilə eyni məzara gömüldü” - Akif Aşırlı yazır + Foto

"Bu tarixdən 102 - il ötür. Bu gün də Azərbaycan- Türkiyə qardaşlığı möhkəm təməllər üzərində inkişaf edir, mətinləşir"


“1918 - ci ilin sentyabrın 15 -i Qafqaz İslam Ordusunun apardığı 6 aylıq savaş Bakı Zəfəri ilə nəticələndi.1146 nəfər Türkiyə hərbçisi, 2 min nəfər Azərbaycan milli hərbi qüvvə və könüllüsü bu torpaqların azadlığı , bütövlüyü uğrunda şəhid oldu”.
"Sherg.az" xəbər verir ki, bu barədə “Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist Akif Aşırlı öz Feybsuk hesabında yazıb.Tarixçi-alim qeyd edib ki, türk “mehmetciyi” Azərbaycan əsgəri ilə eyni məzara gömüldü:



“Əhməd Cavadın “Sarmaşıqlı məzarlar” kimi vəsf etdiyi məzarlar ən çətin tarixi şəraitdə belə əzizlənib qorundu, and yerinə cevrildi.
1919- cu ildə Azərbaycan milli hökümətinin qərarı ilə sentyabrın 15 - i dövlət bayramlarının siyahısına salındı, qeyri - iş günü elan edildi. Həmin gün Azərbaycan Milli Ordusunun rəsmi keçidini Bakı əhalisi, xarici ölkə təmsilçiləri izlədi.



Kiçik yaşlı uşaqlar taxtadan hazırladıqları oyuncaq tüfənglərlə ordumuzun arxasınca yürüdülər. Azərbaycanın gələcəyini təmin edib, torpaq bütünlüyünü qoruyacaq bu uşaqlar M.Ə.Rəsulzadə başda olmaqla dövlət rəsmilərinin simasına sevinc gətirdi. Azərbaycanın bölgələrində, məscidlərində, küçə və meydanlarında Bakı Zəfəri böyük bayram ovqatı yaratdı.



Şəhidlərimizin indi uyuduğu Xiyabanda Türkiyə- Azərbaycan şəhidlərinin əziz ruhuna ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirildi. Bakı teatrlarında C.Cabbarlının və M.B.Məmmədzadənin Bakı savaşı barədə yazdıqları əsərlərin tamaşası göstərildi.



Bu tarixdən 102 - il ötür. Bu gün də Azərbaycan- Türkiyə qardaşlığı möhkəm təməllər üzərində inkişaf edir, mətinləşir.

Bakı Zəfərin mübarək, Azərbaycan !