ABŞ Prezidenti Donald Trampı müalicə edən həkimi Şon Konli koronavirusa yoluxan Ağ Ev rəhbərinin vəziyyəti və müalicəsi barədə danışıb.
Bu barədə TASS xəbər yayıb.
Konlinin sözlərinə görə, qabaqlayıcı tədbir olaraq Trampa “Regeneron” şirkətinin səkkiz qram poliklonal anticism kokteyli inyeksiya edilib.
Bundan əlavə, prezident sink, “D” vitamini, “famotidin”, “melatonin” və “aspirin” qəbul edir.
Həkim onu da bildirib ki, Tramp özünü əzgin hiss edir, lakin yaxşı əhval-ruhiyyədə qalır, ekspertlər komandası onun vəziyyətini izləyir.
Birinci xanım Melaniya Tramp da özünü yaxşı hiss edir, onda baş ağrısı və yüngül öskürək müşahidə edilir.
Ailənin qalan üzvlərində koronavirus aşkar edilməyib.