“BURDAN MİN ATLI KEÇDİ”



Görkəmli dövlət xadimi, diplomat, tanınmış dramaturq, sevimli şair və tərcüməçi, gözəl publisist, istedadlı naşir və dost-qardaş kimietibarlı ziyalımız Hidayətin bir neçə il əvvəl nəşr olunmuş “Burdan min atlı keçdi” adlı kitabını yenidən vərəqləmək, bəzi qeydləri oxucu  diqqətinə çatdırmaq istədik. Indi o qədər informasiya bolluğu içində yaşayırıq ki, bəzən kitabları vərəqləməyi, oxucu diqqətinə yetirməyi unuduruq. Amma zaman ötdükcəkitablaraehtiyac hiss edirik. Hidayətin “Burdan min atlı keçdi” adlı kitabında aktual məzmunu ilə yaddaşları tərpədəcək və ya günümüzdə daha dərindən öyrənməyi vacib bildiyimiz tarixi səhifələr var. Irihəcmli bu kitabın bir az memuar, bir az tarixi bədii əsərxarakterli, bir az publisistik lövhələrlə zəngin olmaqla yanaşı, əslində, daha çox tarixi yaddaş, milli tariximizin narahat səhifələri qələməalınmışdır.

Əslində “Burdan min atlı keçdi” əsərini “qlavlit” ixtisarları ilə “Ədəbiyyat və incəsənət” qəzetində, jurnal variantını 1988-ci ildə “Azərbaycan” jurnalında, 1989-cu ildə “Sabaha çox var” kitabında  oxumuşduq. 1986-cı ildə yazılmış bu əsər nəhayət ki, Hidayətin əlimizdə olan hazırkı kitabına bütünlüklə daxil edilmişdir. Bu kitabın əsas məziyyəti, “fikirlərdə iki məqamın xüsusilə vurğulanmasından ibarətdir: Qərbi Azərbaycanda soydaşlarımızın qədimdən yaşaması, böyük mədəniyyət, elm yaratması, bəşəri sivilizasiyaya qoşularaq yüksək intellektə yiyələnməsi və son iki əsrdə erməni şovinizminin güclənməsi, ayrıseçkilik, deportasiya siyasəti, türk-Azərbaycan toponimlərini dəyişdirmək, tarixin saxtalaşdırılması proseslərinin açıq və ya üstüörtülü şəkildə göstərilməsi”dir.

Kitabı başdan-başa oxuyandan sonra lirik “mən”in uşaqlıqdan ta günümüzəcən təsvir olunan taleyiilə yanaşı, sanki minlərlə insanlarımızın datərcümeyi-halı ilə rastlaşırıq.

İllər öncə onun “Qatardan məktub” adlı kitabını oxuyub çox duyğulanmışdım. Hidayət İrəvanda çox gənc yaşında, 24 yaşında Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında direktor vəzifəsinə irəli çəkilmişdi. 16 il həmin vəzifənin ağrılarını, əzablarını öz taleyi kimi yaşamışdı. Bu vəzifənin ağrı-acısı ondan ibarət idi ki, tarixi bir teatrı  erməni daşnakları içində yaşatmaq, səhnə əsərləri hazırlamaq və onları tamaşaçılar qarşısına çıxarmaq, kadrlara qayğı-diqqət, lazımi teatr avadanlıqları (səhnə geyimləri, dekorasiya və s.) əldə etmək, bir sözlə, bunlarıbaşa gətirmək nəinki çətin, hətta yuxusuz gecələr, əzab, dərd və məsulliyyət idi. Amma nəyin bahasına olursa olsun, teatr yaşamalı idi. Daşnaklarla mübarizə meydanı idi. Daşnak tör-töküntüsü olan ermənilər İrəvandakı bu teatrın qarşılığı olaraq Bakıda erməni teatrı açmaq planları üzrə illərlə çalışdılar. Amma Xankəndindəki erməni teatrını sanki unudaraq, ikinci bir teatr istəyirdilər, hətta bu arzularını Heydər Əliyevə birbaşa demək cürəti və fürsəti dətapdılar. Uzaqgörən dövlət xadimi isə onların bu arzularına elə söylədikləri yerdə  “yox” cavabını almışdılar. 16 ilin ağrı-acısından, süi-qəsdlərindən, təxribatlarından yorulan Hidayət Bakıya yol almağa qərar vermişdi. Amma ürəyini, uşaqlığını, gəncliyini qoyub gəldiyi yurduna, elinə-obasına, “qatardan məktub” yazmalı oldu:
Gərək kəndimizdən çıxmayaydım heç,
Çapa verməyəydim beş-on şeirimi,
Özüm isidəydim öz nəfəsimlə
Öz doğma yurdumu, doğma yerimi.
Bu misralar lirik “mən”in peşimanlığı yox, dünyanın haqsızlığına, etibarsızlığına etirazı idi. Amma həyat davam edir:həzin, kövrək, duyğulu, həyəcanlı, təəssüf, arzu dolu istəklərlə. İnsan ümmanlara sığmayan arzu-diləklərlə yaşayır – məcrasındanaşıb-daşanda da elə onun axınına təslim olur. Hidayətin yaradıcılığı haqqında bir neçə dəfə mətbuatda yazmışam: “Şair-vətəndaş”, “Xalqın tale itkisi”,“Bir nəğmə yazıram…Yaşayıram mən…”, “Məhəbbət yaşayır hələ”, “İrəvan teatrı – insanlar kimi teatr da didərgindir” və bir çox məqalələrdə onun yaradıcılığına geniş yer ayırmışam.
“Burdan min atlı keçdi” adlı kitabında diqqət çəkən məqamlardan biri Heydər Əliyev fenomeninə hələ sovetlər dövründə də ermənilərin paxıl münasibətindən, ondan çəkinmələri, qorxularından  məkrli arzularını həyata keçirə bilmədikləri səhifələrdir. Onlar nə istəyirdi?Hər fürsətdən yararlanıb Qarabağ torpaqları ilə yanaşı Naxçıvan, Qazax, Dilican, İcevan ərazilərindən də torpaq payı ummaları. Və utanmaz-utanmaz da dilə gətirmələri, yuxarı dairələrə qədər bu məsələni qaldırmaları, rəsmi tədbirlərin gündəliklərinə salma abırsızlıqları  və s. Nə qədərki, Heydər Əliyev hakimiyyətdədir, siyasi meydandadır bu arzularını həyata keçirə bilməyəcəklərini anlayanda isə  ilk olaraq, gizli yollarla onu aradan götürmək, nüfuzdan salmaq təbliğatına başladılar. Bu məsələləri Hidayət “Burdan min atlı keçdi” kitabında çox səlis, ardıcıllığı, tarixi sənədlərə istinad edərək qələmə almışdır. Tarix dərsliklərində gələcək nəslə tədris ediləcək dərəcədə dəqiq yazmışdır. Bütün Dövlət İdarələrində Siyasi Büro üzvləri sırasında Heydər Əliyevin də fotosu olardı. Soyadı “Aliyev”yazılırdı deyə sıralamanın başından 2-ci ya 3-cü yerdə olan bu portretErmənistanda axırıncı yerdə olardı və o yer də  həmişə boş olardı. Soruşanda isə şüşəsi qırılmışdı, təmir üçün endirmişik. Bu qədər gözügötürməzlik, bu qədər iyrənc xislətlərinə adam mat-məəttəl qalırdı. Təbii ki, bunlar sadəcəötəri ürəkbulandırmaları, həm də gizli oyunları idi. Əsərdə H.Əliyev tarixi şəxsiyyətinin İrəvanın azərbaycanlı əhalisinin hər mənada dəstəyi, qayğısı ön planda verilir.

Əsərdə adları çəkilən yer-yurd adları, qədim toponimlər məsələsinə toxunmaq istərdik.

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı belə bir tövsiyə mesajını verdi: “İndiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adı ilə çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər – Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”. “Burdan min atlı keçdi” kitabında da, ondan əvvəlki bütün əsərlərində də Hidayət bir qayda olaraq, toponimlər məsələsinə həmişəxüsusi həssaslıqla yanaşmışdır. Qədim türk məskənlərimizin adlarını xalqın dilində, yaddaşında səsləndiyi kimi yazmışdır. Çünki o zaman dərdimizdə, qələmə alınan hadisələr də anlaqlı, anlamlı görünür. Erməni xislətlərindən bəhs edilən yerlərdə elə erməninin  dilində verməyi də münasib bildiyi məqamlar da var. Çünki erməni xisləti yanına türk toponimləri yaraşmır.Bizim qədim torpaqlarımızda Ermənistan dövləti yaratdılar. Halbuki o torpaqlarda son günə qədər (dekabr, 1988) toponimlər türk adları – Azərbaycan adları idi.
Kitabda bir çox tarixi yerlər, məkanlar haqqında maraqlı yazılar oxuyuruq. Müəllifin ana vətəni Mığrı rayonu və onun kəndləri can yanğısı, ürək qanı ilə – şairnəzmi ilə sığallana-sığallana, nasir ustalığı ilə təsvir edilən hıçqırıqlı tarix öz qədim adları ilə yazıya – yaddaş səhifələrə köçürülmüşdür:

Burada min illərdir yaşayır ellər –
Tarixin alınmaz şöhrət yoludur.
Ən zərif nəğmələr, ən şirin dillər,
Ən təmiz məhəbbət zəngəzurludur.

Tarixi şəxsiyyətlər, tarixin səhifələrində yaşamağa haqqı olan şəxsiyyətlər. Kitabda bu silsilədən əməlləri və yaratdıqları ilə yaddaşlardan silinməyəcək – Rza Vəlibəyov (1903-1974), Cəfər Vəlibəyov (1907-1981), Əli Məmmədov (1908-1973), Talıb Musayev (1908-2005), Sidiqə Qədimova (1912-1986), Hüseyn Məmmədov (1915-1994), Tapdıq Əmiraslanov (1918-1976), Əli Həsənov (1920-1977), Yunus Rzayev (1923-1985),  Sabir Rzayev (1924-1978), Vəli Zeynalov (1925-1985), Dursun Abbasov (1927-1991),  Sabir əsədov (1927-2002), Məhərrəm Bayramov (1928-1981), İsmixan Məmmədov (1930-1994), Həsən Səfərov (1930-1983), Həzi Musayev (1930-1998), Cahangir Əliyev (1931-2010), Cəlal Əliyev (1931-2001),  HəsənMusayev (1933-1999),  Qəşəm Aslanov (1934-1984), Alyoşa Bayramov (1934-1990), Mehdi Həsənov (1935-1971) və bir çox İrəvan ziyalıları –qeyrətli Vətən oğulları haqqında portret oçerklər ilk dəfə yazılmış qiymətli mənbələrdir.
Orada yaşayan azərbaycanlı əhalini nəzərə alaraq “Sovet Ermənistanı” adlı respublika miqyaslı dövlət qəzeti çap olunurdu. Kitabda həmin qəzetin tarixi, orada fəaliyyət göstərən jurnalistlər, yaradıcı ziyalılar haqqında geniş məlumatlar öz əksini tapmışdır.

Kitabdan sitat:  “Irəvanda işlədiyim 18 ildə keçdiyim yollara nəzər salanda yüzlərlə belə mübahisələr, gərgin söhbətlər, bəzən münaqişələr yada düşür, mən bu kitabda onlardan üç-dördünü misal gətirirəm, məqsədim öz fəaliyyətimi göstərmək deyil, xalqımıza qarşı “çalxalanan”nifrət, dövlət səviyyəsində aparılan milli ayrı-seçkilik siyasəti içində Azərbaycan ədəbi mühitinin, Azərbaycanteatrının özünütəsdiqetmə, qoruma və inkişaf potensialını oxuculara çatdırmaqdır”.

“İrəvana 7 məktub”, “Orda – Zəngəzurda mənim ürəyimin məzarı qaldı”, “Didərginlərə məktub”, “İkinci “Əfqanıstan” yaradılır? Nə üçün?!”, “Həqiqət kar deyil”, “Ağlınızı başınıza yığın”, “Heç kəs mübarizəsiz, vuruşsuz məğlub olmaq istəmirdi” başlıqlı tarixi-publisistik yazılarda min bir mətləb açıqlanır.Bu qədər irihəcmli (744 səh.) kitabı bir nəfəsə oxumaq olur, amma oradakı yazıların, fikirlərin dərinliyinə enib təhlil etmək oxucunu çox düşündürür.
“Burdan min atlı keçdi” kitabıtarix dərslərində tədris olunacaq vəsaitdir. Tariximizin bir hissəsinin daş yaddaşıdır. Həm də, yuxarıdakı fikrimizin təkrarı kimi səslənsə də, bu bir memuar əsəridir, həmçinin təzkirə izlərinin əksi ilə rastlaşırıq. Eyni zamanda, əsər Heydər Əliyev fenomeninə tarixi faktlar, hadisələr miqyasında nəzər salnaməsidir.
Orada yaşadığı illərdə çox ziyalılarla əməkdaşlıq ünsiyyətində olan müəllif yazır ki, bütün tanıdıqları “hərə öz atına minib getdi” və onların təkcə öz yadında yox, ədəbiyyat, tarix, kitab yaddaşına köçürülməsi də milli maraqlarımız üçün çox vacibdir.

Almaz Ülvi (Binnətova)
Filologiya elmləri doktoru
AMEA Nizami Gəncəvi adına 
Ədəbiyyat İnstitutunun şöbə müdiri