Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub

Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub.

"Report"un Muğan bürosunun məlumatına görə, 2003-cü il təvəllüdlü rayon sakini Samir Abbaszadə ilə İkram Babayev arasında mübahisə yaranıb.

Mübahisə zamanı İkram Babayev Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.