Mərkəzi Bankdan FED-in faiz qərarlarının təsiri barədə ŞƏRH


“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları vacibdir, Azərbaycan üçün idxal inflyasiyasının məhdudlaşması baxımından önəm daşıyır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.

“Bu faiz qərarları, əlbəttə ki, bizim iqtisadiyyatımız üçün hər hansı bir valyuta axınına səbəb olmayacaq. Əksinə, bu ilin altı ayında ticarət balansında 12 milyard ABŞ dollarını üstələyən profisit görürük. Hətta biz birinci rübün rəqəmlərinə nəzər yetirsək, görərik ki, Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) əhəmiyyətli profisit var idi. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, onun CƏB-inin profisiti ÜDM-inin 20%-ni üstələyir”, - o qeyd edib.