“Hesab edirəm ki, belə görüntülər bütün türk dövlətlərini bir az da yaxınlaşdırır”
“Bu görüntü indiki anda bizim üçün gözəl, xoş təəssürat, türk dövlətlərinin gələcəyi üçün isə böyük ümiddir”
Azərbaycanda ikinci dəfə Milli Yaylaq Festivalı təşkil olunub. 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirak ediyi Festivalda diqqət çəkən məqamlardan biri də Göytürk əlifbası ilə“Türk” sözünün yazılması olub.Yazı insanlar tərəfindən olduqca maraqla qarşılanıb,sosial şəbəkələrdə ən çox paylaşılan görüntülülər sırasında yer alıb.
Türkoloq-alim Faiq Ələkbərli məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki,bu ilk növbədə insanlarımızın öz türk kimliyinə dönüşünə rəvac verir:
“ İstər hazırda ölkəmizdə yaşayan ,istərsə də digər türk dövlətlərindən Festivala gələnlər türk sözünün əzəmətini bir daha duymuş oldular. Özəlliklə də sözün əski Göytürk əlifbası ilə yazılması festivala xüsusi bir rəng qatdı”.
Türkoloq alimin sözlərinə görə,insanlara öz türk kimliyini xatırlatmaq üçün belə dəyərləndirmələr etmək vacibdir:
“Mən ,eləcə də, bir çox insan öz sosial şəbəkə ünvanlarında həmin yazını əks etdirən fotonu paylaşıb türk olmağı ilə qürur hissi duydu.Hesab edirəm ki, belə görüntülər bütün türk dövlətlərini bir az da yaxınlaşdırır.
Bu görüntü indiki anda bizim üçün gözəl, xoş təəssürat, türk dövlətlərinin gələcəyi üçün isə böyük ümiddir”.