1336-cı ildə Özbəkistanda doğulmuş Teymur xan 1405-ci ildə Çinə gedərkən Qazaxıstanda vəfat edib və Səmərqənddə dəfn edilib.
"Sherg.az" xəbər verir ki, İkinci Dünya Müharibəsi illərində Sovet lideri İosif Stalin Teymurun məzarının araşdırılması üçün açılmasını əmr edib. Bundan sonra 19 iyun 1941-ci ildə məşhur antropoloq Mixail Gerasimovun başçılığı ilə bir qrup əsgər Teymurun məzarını açmaq və sümüklərini çıxarmaq üçün qəbristanlığa gəliblər.
Səmərqəndlilər buna qarşı çıxıb. Türbə açılmazdan əvvəl Gerasimov və onun adamlarını Teymur xanın lənətindən xəbərdar ediblər. Deyiblər ki, Teymuru məzarında narahat edənlərin 3 gündən sonra ölkələrinə bəlalar gələcək.
Qeyd edək ki, Teymur xanın qəbir daşının üzərində “Ölümdən oyananda bütün dünya titrəyəcək” məzarının içərisində isə “Kim qəbrimi pozarsa, məndən də dəhşətli bir işğalçını azad edər” sözləri yazılıb. Lakin sovetlər buna inanmır , qəbri açıb sümükləri götürüblər.
Bundan üç gün sonra almanlar Sovet İttifaqına müharibə elan edərək onun ərazisini işğal etməyə başlayıblar. Bu qanlı müharibədə çoxlu sovet əsgərləri həlak olub. Stalin bu savaşda verdiyi itkilərdən sonra Teymur xanın lənətinə inanıb. 1942-ci ildə onun sümüklərini islami üsullarla , qəbrində basdırıb. Bundan bir neçə gün sonra Stalin Stalinqradda almanları məğlub edib.