Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin qızı Münəvvər xanımın evinin qalıqlarının görüntüləri ortaya çıxıb.
"Sherg.az" xəbər verir ki, görüntüləri "Hədəf" Şirkətlər qrupunun baş direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, Cəlil Məmmədquluzadənin Həlimə xanımla nikahından olan qızı Münəvvar xanım Naxçıvanın Nehrəm kəndindəki bu evdə 40 ilə yaxın yaşayıb:
"Nehrəmlilər Mirzə Cəlili sevmirdilərsə, qızı Münəvvər xanım Nehrəmdə doğulub Tiflisdə, Bakıda təhsil alandan sonra, atasının sağlığında niyə Nehrəmdə yaşamağı seçdi?
Nehrəmdə Münəvvər xanıma münasibət necə idi?
O tarixi ev niyə xarabalığa çevrilib? Nə üçün səliqə sahmana salınıb ev muzeyinə çevrilməyib?
O qədər sual var ki, bəzilərini bu videoda tapacaqsınız, tapılmayan suallar isə tədqiqatçıların, məmurların cavab verməsi gərəkir! Bu həyəti axtarıb tapmaq və sizlərə təqdim etməkdən qürur duyuram!".