35 il əvvəl Turqut Özala göndərilmiş sirli məktubun içində daha bir sirr var
Türkiyə Cümhuriyyətinin 8-ci Prezidenti mərhum Turqut Özalın ölümü üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. XX əsrin 90-cı illərində türk dünyasını birləşdirmə layihəsinin müəllifİ və ideoloqu olan Turqut Özalın qəfil ölümü illər keçsə də, yenə müzakirə mövzusudur. Bu günlərdə isə sirr pərdəsinə daha biri əlavə olunub. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 35 il əvvəl Turqut Özala göndərilmiş sirli məktubun içində daha bir sirr var.
Turqut Özalın oğlu Ahmet Özala Adanın İzmit bölgəsində yaşayan və kitab mağazası işlədən Şərafəddin Ergül xəbər göndərərək əlində 35 il əvvəl Turqut Özala ABŞ-dan göndərilmiş məktub olduğunu deyib. Məktub bir kitabın arasından gözlənilmədən çıxıb. Satıcı kitabın arasında bir məktubun olduğundan xəbərsizmiş. Məktubun Turqut Özala yazıldığını fərq etdiyində isə mərhum prezidentin oğluna zəng edib.
Ahmet Özal Adanaya gəlib və məktubu təhvil alıb. Məktubun mətni yeni sirlər ortaya çıxarır. Məktub ABŞ-ın Sitl şəhərindən, 1987-ci ildə, Orrion Conson adlı birinin imzasıyladır. Məktubda həmin dönəmdə Türkiyədə həbsdə olan 5 nəfərdən bəhs edilir.
O.Conson bu şəxslərin niyə həbs edildiklərini soruşur və onlarla yaxşı davranılmasını, işgəncə edilməməsini xahiş edir. Məktubun bir nüsxəsi həmin vaxt Adana valisi olan Erdoğan Şahinoğluna, bir nüsxəsi isə o zaman hələ baş nazir olan Turqut Özala göndərilib.
Məktubda adları yazılanlar kimlərdir? Yusif Yürekli, İmayet Torunay, Ahmet Özgentürk, Cumali Güvən, Özkan Ünlü. O.Conson bu şəxslərin 1987-ci il, 8 iyulda sərbəst buraxılmalı olduqlarını bildirir.
T.Özalın oğlu bu məktubda adı çəkilən şəxslərin kimliyi ilə Türkiyə təhlükəsizlik xidməti orqanlarının maraqlanmasını istəyib. O.Consonun bu şəxslərlə hansı əlaqələri olub, niyə onların azadlığa buraxılması istənilir, bunlar mütləq araşdırılmalıdır.