"Bu, divarda qabartma üsuluyla həkk edilmiş 2 bəbir, öküz və 2 kişi fiqurudur"
Türkiyənin Şanlıurfa bölgəsində arxeoloji qazıntılar zamanı Neolit dövrünə aid sənət əsəri aşkarlanıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bölgədə aşkarlanmış sənət əsəri arxeologiya tarixində az rast gəlinən hallara aiddir. Tarixi tapıntı Şanlıurfanın Göbəklitəpə məhəlləsi yaxınlığında aşkar edilib. Bu, divarda qabartma üsuluyla həkk edilmiş 2 bəbir, öküz və 2 kişi fiqurudur. Əsərin 11 min illik tarixə malik olduğu bildirilir. Bu həmçinin indiyədək aşkarlanan divarda qabartma sənəti növündə ən qədim əsərlərdən biri hesab edilir. Əsərin özəlliyi divarda qabartma üsuluyla anlatmadır. Müəllif divardakı əsərlə nə isə anlatmağa çalışıb. Lakin onun məhz nəyi anlatmaq istədiyinə dair hazırda tarixçi və arxeoloqlar arasında fikir ayrılığı yaranıb. Divara həkk edilmiş əsərdə bəbirlərlə öküz arasında 2 insan – erkək fiquru fərqli formadadır. Biri əlində ilan tutub, digəri isə özünü qoruyan formada təsvir edilib. Elmi jurnal “Antiquity's Project Gallery”də yayımlanan araşdırmanın yazarı, İstanbul Universitetindən arxeoloq Eylem Özdoğan, "bu qabartmanı düzəldən topluluğa dair çox az bilgimiz var", - deyib. Alman arxeoloqlar da daş üzərində insanla bağlı bir hekayənin anladıldığı fikrindədir. Lakin əsər müəllifinin konkret nəyi nəzərdə tutduğuna dair ortaq rəy yoxdur. Araşdırmaçılar əsərin miladdan 9000 il öncə divara həkk edildiyi fikrindədir. Bu iddiaya səbəb əsərin Şanlıurfanın Sayburç antik şəhərində tapılması, ərazidə oturaq həyat tərzinə keçidin və əkinçiliyin inkişafının məhz göstərilən tarixdən başlamasıdır. Divarda qabartma və oyma sənəti də məhz bu dövrdə başlayıb. Qədim insanlar oturaq həyat tərzinə keçməklə həm də sənət əsərləri düzəltməyə başlayıblar. Şanlıurfanın Saybuş şəhərində antik abidələr ötən əsrdən üzə çıxarılır. Antik əsərlər böyük bir ərazini əhatə etdiyindən sonralar tikilmiş bir sıra müasir tikililərin sökülməsi planlaşdırılır.