Çanaqqala zəfəri Bakı-İstanbul liseyində anıldı - FOTOLAR

Bu gün Bakı İstanbul liseyində Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunan "Bir dastandır Çanaqqala" tədbiri keçirilib. 

"Sherg.az" xəbər verir ki, tədbirdən öncə, Azərbaycan və Türkiyənin dövlət himnləri oxunub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Bir ay müddətində Çanaqqala zəfərinə həsr olunan özəl liseylər arasında keçirilən futbol və şahmat turnirinin qalibləri də müəyyənləşdirilib və mükafatlandırılıb. 

Şahmat turnirində 1-ci yerə Dəyanət liseyi, 2-ci yerə Evrika liseyi, 3-cü yerə Bakı-İstanbul liseyi çıxıb. Futbol turnirində isə ilk pilləyə yenə Dəyanət liseyinin komandası qalxıb. İkinci yerə Evrika liseyi, üçüncü yeri isə Bakı-İstanbul liseyi çıxıb. Tədbirdə keçirilən şahmat və futbol turnirləri barədə liseyin direktoru Tural Abbasquliyev ətraflı məlumat verib. Qalib komandalar, şagirdlər medal və sertifikatlarla mükafatlandırılıb. 






Mükafatları qaliblərə Azərbaycan Türk Ocağının sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı təqdim edib. Tədbirin bədii hissəsində liseyin şagirdləri Çanaqqala savaşından kiçik bir səhnəcik təqdim edib, zəfərlə bağlı şeirlər və mahnılar ifa ediblər.