Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Başlıbel faciəsindən 30 il ötür.
Dəhşətli qətliam zamanı ailə üzvlərini, doğmalarını itirən sakinlər Başlıbel kəndini ziyarət ediblər.
Hadisə şahidləri doğmalarının dəfn olunduğu kütləvi məzarlıqda olub, onların ruhuna dualar oxuyublar.