
Parlamentari -Forumun Bakıda keçirilməsi Azərbaycanın siyasi nüfüzudur
12:13 14.03.2024
Gündəm
420
Azərbaycanın paytaxtı Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumunu açıq elan edib.
Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun ikinci panel iclası “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusuna həsr olunub.
Panel iclasına Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edir.
Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Azərbaycanın növbəti dəfə beynəlxaq tədbirlərə ev sahiblik etməsini “Sherg.az”a dəyərləndirən millət vəkili Aydın Hüseynov bildirib ki, forum böyük önəm kəsb edir:

“Forumda 70 ölkədən 350-yə yaxın nümayəndə iştirak edir. Bu baxımdan nümayəndə və ölkələrin sayı forumun nə qədər beynəlxaq əhəmiyyət daşıdığını təsdiqləyir. Digər tərəfdən forumun Bakıda keçirilməsi Azərbaycanın siyasi nüfüzudur. Azərbaycan belə böyük platformalara ev sahibliyi edərək dünya üçün yeni istiqamətlər müəyyənləşdirir. Bu forumdan yüksək nəticələr olacaq. Çünki forumda çox böyük qlobal məsələlər müzakirə edilir. Məsələn, COP28-in nəticələri və COP29-a hazırlıq prosesləri müzakirə olunur. Eyni zamanda forumda yeni dünya nizamını təhdid edən amillər, təhlükəsizlik və sülhün təmin olunması üçün prespektivlərə yanaşmalar ortaya qoyulacaq. İqlim dəyişikliyi, nüvə təhlükəsizliyi problemlərinə, təbii ehtiyatların azlığı, miqrasiya və kiber silahlar kimi məsələlərə toxunulacaq. Həmçininin Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, qlobal çağırışlar formasında çox mühim mövzular masaya yatırılacaq. Ölkə Prezdenti İlham Əliyevin qeyd etdiyi kimi bu forum dünyanın özünə böyük töhvələr verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə