Harvardda ŞOK: İnsan dərisini kitabın üzündən söküb  çıxardılar


Təxminən 400 yaşı olan Harvard Universitetində saysız-hesabsız əsərlər və kolleksiyalar var. Milyonlarla kitab olan bu kitabxanada yalnız bir  kitab olmayacaq. Ölümdən sonrakı həyatdan bəhs edən bu kitabın ali məktəbdən çıxarılmasının səbəbi nə mövzusu, nə də müəllifidir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda Harvard Universitetinin rəsmiləri 19-cu əsrə aid bir hadisəni çözmək üçün ali məktəbin kitabxanasına müraciət ediblər. Harvard Universiteti Kitabxanasının 15 milyondan çox kitaba malik filialı olan Houghton kitabxanasında 100 illik tarixi olan bir sirr açılıb. 
Təqvimlər 1880-ci illərin sonlarını göstərirdi. Fransız yazıçısı Arsen Houssaye ruh və ölümdən sonrakı həyat haqqında kitab yazıb. Arsène Houssayenin "Des Destinées de l'Ame (Ruhun Taleləri)" adını verdiyi bu kitabı yazıçının yaxın dostu Dr. Lüdovik  Bulanda verib. Fransız həkim olan Buland dostunun ona verdiyi kitabın üzlüksüz olduğunu görüncə kitabı üzlmək haqqında düşünüb. Bu nöqtəyə qədər hər şeyin normal olduğu hekayə Dr. Bulandın qeyri-etik davranışı ilə dəyişib. Dr. Bouland  işlədiyi xəstəxanada ölən qadının dərisini soyaraq onu əsərin üzünə çəkməyi qərarlaşdırıb.

 Bu qeyri-etik hərəkəti ilə Bouland ağlına 16-cı əsrdə yazılmış bəzi kitabların insan dərisi ilə cildləndiyi “antropodermik kitab cildləmə”ni gətirib. Müasir təcrübələrdən uzaq olan bu təcrübədə ölən şəxsin dərisindən alınan parçaları müxtəlif üsullarla birləşdirərək cild hazırlayıblar.

Dr. Bouland tərəfindən üzlənmiş  bu kitab zaman keçdikcə əldən-ələ keçdi. Nəhayət kitab  1934-cü ildə Harvard Universitetinin məzunu olan məşhur papaqçı, iş adamı və diplomat Con B.Stetsonun əlinə keçdi. Stetson bu kitabı məzunu olduğu universitetin  kitabxanasına bağışladı. Təəssüf ki, kitabın necə və hansı şəkildə cildlənməsinə heç kim fikir vermədi. Bununla belə, orada Dr. Bouland tərəfindən yazılmış bir qeyd var idi. Qeyddə aşağıdakı cümlələr yazılmışdı:

"Dərinin zərifliyini qorumaq istədiyim üçün kitaba heç bir möhür vurmadım. İnsan ruhu haqqında kitab insani üz qabığına layiqdir və mən bu kitabı vəfat etmiş qadın xəstənin kürəyindən götürdüyüm dəri ilə örtdüm. ."

Universitet kitabxanasına gələn və ya oxumaq üçün kitabı alan heç kimin fərqinə varmayan bu vəziyyət 2022-ci ildə sona çatdı. Harvard Universitetinin İcraiyyə Komitəsinin 2023-cü ilin payızında dərc etdiyi Universitet Muzey Kolleksiyalarında İnsan Qalıqları Hesabatına əsasən, Houghton kitabxanası tərəfindən kitaba baxış keçirilib.

Diqqətli araşdırma və qiymətləndirmədən sonra Harvard Kitabxanası və Harvard Muzeyinin Kolleksiyalarının Qaytarılması Komitəsi aşkarladı ki, həqiqətən kitabın cildləşməsində istifadə olunan insan qalıqları var. Rəsmilər mənşəyi və sonrakı tarixi haqqında məlumatdan sonra artıq kitabın Harvard Kitabxanasının kolleksiyalarına aid olmadığı qənaətinə gəliblər. Lakin onlar kitabı kitabxanadan çıxardıqdan sonra onu ən uyğun şəkildə qorumağın yolunu tapmalı idilər.

 
2024-cü ilin mart ayında Harvard Kitabxanası kitabın üzlüyündən  insan dərisini çıxardıqlarını və anbarda ən dəqiq şəkildə qoruduqlarını bildirdi. İndi 'Des Destinées de l'Ame' və naməlum qadının kürəyindən götürülmüş dəri parçaları ayrı-ayrı saxlanılır. 


 

Kitabxana hazırda Bouland  və adı açıqlanmayan qadın xəstə haqqında əlavə tədqiqatlar aparır. Onlar  insan qalıqlarının ən hörmətli şəkildə necə qorunacağını müəyyən etmək üçün Fransadakı səlahiyyətlilərlə əlaqə saxlayır, bir sözlə, bu vəziyyətə son qoymaq üçün çarə axtarırlar.