Xocalı Memorial Kompleksin, soyqırımı abidəsinin yaradılması ilə bağlı Prezident İlham Əliyev Xocalıda sakinlərlə görüşü zamanı deyib ki, Xocalı soyqırımı ilə bağlı abidə elə burda da inşa ediləcək:
"Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməli, bizdən üzr istəməlidir"
Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova "Sherg.az"a açıqlaması zamanı bildirib ki, ermənilərin Azərbaycan torpaqlarında qoyduğu izlər onların vəhşi xislətinin təsdiq edən təkzib edilməz sübutlardır:
"Ermənilərin 1992-ci ildəki Xocalıdakı soyqırımı bütün dünyaya tanıtmaq üçün Xocalıdakı faciələri özündə əks etdirən soyqırım abidəsinin qoyulması mütləqdir. Çünki abidə öz-özlüyündə tarixi yaddaşı daşıyan bir maddiyyatdır. Təklif edirəm ki, ermeni vandalizminin digər ərazilərimizdəki izlərində də, toplu insan qalıqları olduğu yerlərdə də bu cür abidələr qoyulsun, soydaşlarımıza qarşı törədilən vəhşiliklər unudulmasın".
Firdovsiyyə xanım əlavə edib ki, biz ermənilərin bu qətliamları etiraf edib üzr istəməsini gözləməməliyik:
"Onsuzda ermənilər məğlub olduqları anda üzrxahlıq və riyakarlıq etməyə, müttəfiqlərini dəyişməyə hər zaman hazır olub. Ermənilərin belə addımlarını tarix dəfələrlə sübut edib. Ancaq hər bir halda erməni tarixçilərinin bu hadisələri, tarixlərindəki belə şərəfsiz və qanlı hadisələri öz tarixlərinin qara səhifələri kimi tarix kitablarına salması onların bağışlanmaz əməllərinə bəraət verməsə də, insanlıq üçün humanist hərəkət sayıla bilərdi. Lakin ermənilər kimi riyakar bir millətdən bu cür addımlar gözlənilməməlidir".