Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
10:48 10.02.2025
Tarix
1269
Qərbi Azərbaycan İcması UNESCO-nu İrəvandakı Təpəbaşı məscidi ilə bağlı təxirəsalınmaz addımlar atmağa, Ermənistana təzyiq göstərməyə çağırıb. bu barədə İcmanın yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, sosial şəbəkələrdə bir bloqerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.
Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq. Biz Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a bildirib ki, erməni vandalları qədim İrəvan şəhərində azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar:
“Təpəbaşı məhəlləsi tarixin şahidi və əcdadımızın yaratdığı mədəni irsin ayaqda duran abidəsi kimi indiyə qədər də azərbaycanlılara məxsus olduğunu sübut edən əsas əlamətlərdən biridir. 200 ildir İrəvan və onun ətrafında Azərbaycan mədəniyyətinə, toponomikasına, dini və mədəni irsinə qarşı soyqrım törədən ermənilər gözlərini sonuncu abidələrimizdən birinə tikiblər. Əsas məsələ ondan ibarətdir ki, sözügedən hadisə müasir dünyanın gözü qarşısında baş verir. Söhbət beynəlxalq hüquqla qorunma altına alınmalı olan bir abidənin məhv edilməsindən gedir. Vaxtilə Qərbi Azərbaycan İcması UNESCO-ya müraciət edərək Qərbi Azərbaycanda mövcud olan Azərbaycan xalqına aid mədəni irs nümunələrinin araşdırılması və onlarla bağlı hesabatın aparılması, qorunması ilə əlaqədar tədbirlərin görülməsi üçün müraciət etmişdi. Təəssüflər olsun ki, UNESCO icmanın müraciətinə cavab vermədi. Bu gün UNESCO və digər beynəlxalq təşkilatların diqqətsizliyinə görə Azərbaycana aid sonuncu abidələr də məhv olunur. Ona görə də bunu UNESCO və insan hüquqlarını, mədəni irsi müdafiə edən digər təşkilatlar tərəfindən bir həyacan siqnalı kimi qəbul edilməlidir. Sözügedən məsələ daima beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı və bizim milli, mədəni irsimizə qarşı törədilən cinayətlərin qarşısı alınmalıdır. Dünyada ikili standartların olduğunu bilirik və siyasi məqsədlər üçün bunlardan istifadə olunduğu məlumdur. Lakin tarixi abidələrə və mədəni irsə münasibətdə ikili standartlar tətbiq olunmamalıdır. UNESCO isə bununla bağlı öz mövqeyini bildirməlidir. Qərbi Azərbaycan İcması UNESCO tərəfindən təşkil olunan Azərbaycan və Ermənistan ekspertlərindən ibarət üçtərəfli komissiyanın yaradılması ilə bağlı xahiş etmişdi. İcma bildirmişdi ki, onlar Ermənistanda mövcud olan mədəni irsimizin siyahısını tərtib etsinlər və məlumat hazırlasınlar. Amma həmin istək yerinə yetirilmədi. Beynəlxalq təşkilatların Ermənistana təzyiqləri olmadığı müddət ərzində erməni vandallığı davamlı xarakter alacaq. Hesab edirəm ki, vəziyyət elə həddə çata bilər ki, hətta Azərbaycan özü mədəni irsimizin qorunması ilə bağlı müxtəlif addımlar atsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat
Ejei: İrana hücum yenidən başlaya bilər
09:59 21.04.2026
Region
Azərbaycandan Ermənistana dizel göndəriləcək
09:31 21.04.2026
Aktual