Azərbaycan müharibədə verdiyi böyük sınaqdan üzüağ çıxdı
Azərbaycanın II Dünya müharibəsində tarixi missiyası neft, qəhrəmanlıq, mübarizə idi
II Dünya müharibəsi, dünyada böyük bir dağıntı və dəyişikliklərə səbəb olan bir dövr olaraq tarixə yazıldı. Bu müharibə, həm də Azərbaycan xalqının qəhrəmanlıq, şücaət və mübarizə ruhunu dünyaya nümayiş etdirdiyi bir mərhələ idi. Azərbaycan, yalnız Sovet İttifaqının tərkibində olmaqla deyil, həm də faşizmə qarşı mübarizənin ön cəbhəsində yer alaraq mühüm bir rol oynadı. Bu dövrün Azərbaycan xalqı üçün əhəmiyyəti yalnız döyüş meydanlarında göstərdikləri şücaətlə bitmədi, həm də onların vətənə olan bağlılıqları, həmrəyliyi və qəhrəmanlıq göstərdikləri mübarizələrlə dərinləşdi.
Azərbaycanın bu müharibədəki rolu təkcə hərbi və strateji önəmi ilə deyil, həm də xalqın öz mübarizəsi ilə 9 may günü olaraq tarixə yazıldı.
Mövzu ilə bağlı AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Memorial Soyqırımı Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-a danışıb:
"Almaniyanın işğalçılıq planında Azərbaycanı işğal etmək də var idi. Plana əsasən Azərbaycanda Komissarlıq idarə forması yaradılmalı, Tiflisdə yerləşən Qafqaz reyxkomissarlığına tabe olmalı, Almaniyadan asılı olan "Böyük Türküstan" dövləti yaradılmalı, Bakı neftini ələ keçirmək, Cənubi və Şimali Azərbaycan bu dövlətin tərkibinə daxil edilməli, hərbi məntəqəyə çevrilməli idi. Bunun üçün Almaniya Qafqazı tutmaq üçün "Edelveys" planı, ABŞ və Böyük Britaniya dövlətləri isə "Vilvet" planını hazırladılar. Planda Sovet qoşunları Stalinqrada aparılmalı, Qafqazda onların qoşunları yerləşdirilməli idi.
Ümumiyyətlə, azərbaycanlıların 1941-1945-ci illər müharibəsində şücaət, qəhrəmanlıq, hərbi birlik, döyüş qabiliyyəti haqqında nəinki ozamanki SSRİ-də, xarici ölkə KİV-lərində, elmi ədəbiyyatda, tarixi fakt, sənəd və arxiv materiallarında çoxlu məlumatlar var. II Dünya müharibəsində Azərbaycan milli diviziyaları və Azərbaycan milli legionları təşkil olundu. Xüsusilə 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci milli atıcı diviziyaları yaradıldı.
Brest qalasının müdafiəsinə 44 azərbaycanlı cəlb olundu. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov böyük şücaət göstərərək, azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhərmanı adına layiq görüldü. 1941-ci ildə Moskva uğrunda döyüşlərdə Həzi Aslanov əsgəri xidmətinə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edildi.
Leninqradın 900 günlük mühasirəsində təyyarəçi Hüseynbala Əliyev 1942-ci ilin iyulun 13-də 6 düşmən təyyarəsi vurdu, 402, 416, 223-cü Azərbaycan diviziyaları Mazdok rayonunda döyüşdülər. 77-ci diviziya Kerç, Rostov, Stavropol və digər yaşayış məntəqələrini azad etdi, Dnepr çayının keçilməsində M.Məhərrəmovun rotası rəşadət göstərdi, Məhərrəmov və onun 18 nəfər əsgəri Sovet İttifaqı adına layiq görüldü. Kiyev uğrunda döyüşlərdə Sovet İttifaqı qəhrəmanı X.Mustafayev fərqləndi, 416-cı diviziya Nikolayev, Odessa və Kişinyovu, 77, 227-ci diviziyalar Krımı, 77-ci diviziya Simferopolu azad etdilər, 271-ci diviziya "Qarlovka diviziyası", 77-ci diviziya isə "Simferopol diviziyası" adını aldı. H.Aslanovun 35-ci qvardiya tank briqadası 1944-cü il iyunun 23-30-da Berezna çayını keçdi, düşməni 508 yaşayış məntəqəsindən qovdu".
Tarixçi İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı nitqinə də diqqət çəkib:
"2019-cu il oktyabrın 11-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı nitqində II Dünya müharibəsində də Azərbaycan xalqının əhəmiyyətli rol oynadığını, həmin dövrdə Sovet İttifaqının tərkibində olan Azərbaycanın həm ön cəbhədə, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəyə böyük töhfələr verdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda qeyd etdi ki, ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər.
"Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı”, - İlham Əliyev.
"İstər yerli, istərsə də xarici KİV-də verdiyi mühasibələrdə, beynəlxalq tədbirlərdə Azərbaycan dövlətçiliyi və onun milli maraqlarını qoruyan, eləcə də tarixi fakt, sənədlərə və geniş biliyə malik olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə Ermənistan rəhbərliyi və onu dəstəkləyən beynəlxalq güclərə layiqli cavab verdi. Belə ki, oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurası zamanı çıxışında vurğuladı ki, biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik".
"Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”, - İlham Əliyev.
"Prezident nitqi zamanı bildirdi ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalə var. Məqalədə deyilir ki, əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar".
"Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, - İlham Əliyev.
Ekspert bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kurusunu davam etdirən İlham Əliyev də prezident seçildikdən sonra Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza malik olmasında, Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin inikişafında, xüsusilə də azərbaycanlıların soyqırımı və faciələri ilə bağlı əməli və praktik addımlar atdı:
"Müstəqil Azərbaycan Prezidenti kimi İlham Əliyev bütün xarici səfərlərində, yerli və beynəlxalq çıxışlarında, ikitərəfli və çoxtərəfli danışıqlarda “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır”, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik” şüarlarını səsləndirərək həm haqq səsimizi bütün dünyaya bəyan etdi, həm də siyasətçi - Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünə nail oldu.
Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xocalı faciəsi, azərbaycanlıların soyqırımı, Ermənistanın apardığı işğalçılıq siyasəti, mart soyqırımı haqda verdiyi sərəncam, qərar, fərman, Xocalı faciəsi günündə yürüşlərdə iştirakı, etdiyi çıxışlarının böyük siyasi və hüquqi əhəmiyyəti var. Azərbaycan xalqının soyqırımı ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 fevral 2004-cü ildə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, 27 fevral 2004-cü ildə faciə qurbanlarının xatirəsini anma mərasimində iştirakı, 30 mart 2004-cü ildə 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti, 23 fevral 2005-ci ildə Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan xalqına müraciəti, 25 fevral, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirakı, 23 fevral 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciəti, 26 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirakı, 29 mart 2007-ci ildə 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti bunun sübutudur.
13 fevral 2014-cü ildə “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı var.
26 fevral 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda keçirilmiş ümumxalq yürüşündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştiraklarının faciənin yerli və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu oldu.
Azərbaycan Respublikasında "Zəfər Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3 dekabr 2020-ci ildə Sərəncam imzaladı.
Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alınaraq hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın 27 sentyabr 2020-ci ildəki əks-hücum əməliyyatı və parlaq qələbəni Silahlı Qüvvələrin Ali Baş Komandanın rəhbərliyi, öz qanı-canı bahasına Müzəffər Azərbaycan ordusu və xalqımızın milli birliyi sayəsində nail olduq. Təbii ki, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etmək BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Nizamnaməsinin 51-ci maddəsi, beynəlxaq hüququn prinsipləri, beynəxalq və regional təşkilatları qərarları, eləcə də tarixi ədalət və hüquqi cəhətdən dünya ölkələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyü baxımından, Azərbaycan dövləti və xalqının bir yumruq olmaqla səfərbər olaraq 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Azərbaycan Vətən müharibəsi ilə təcavüzkar Ermənistana və terror birləşmələrinə, Ermənistanı dəstəkləyən regional və beynəlxalq güclərə sübut etdi ki, Azərbaycan Rerspublikası istər diplomatiyada, istərsə də döyüş meydanında düşəmənə layiqincə və peşəkarcasına cavab verdi. Biz azərbaycanlıları bu qələbəyə Şəhidlərimizin qanı, qazilərimizin şücaəti, illərdir Qarabağa və işğal olunmuş torpaqlara qayıtmaq eşqi Azərbaycan xalqını və ordusunu Vətən müharibəsinə, əks-hücum əməliyyatına başlamasına vadar edirdi.
Ermənistanın təxribatlarına və dəfələrlə hərbi təcavüzlərinə nəzər saldıqda görürük ki, 2019-cu ildən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozması, Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı kimi hərəkətlərinə, Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Azərbaycanın 27 sentyabr 2020-ci ildə bağladığı əks-hücum əməliyyatı apardı və parlaq qələbəyə nail oldu".
Sübhan Talıblı söyləyib ki, vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu:
"Döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini: yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətdilər. Mülki şəxsləri vəhşicəsinə qətlə yetirdilər, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurdular.
Ermənistan döyüş meydanında müharibə aparmaq əvəzinə Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutdular. 27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv oldu. 04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak oldu, 112 nəfər yaralandı. Rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəydi, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edildi.
Qeyd edək ki, 27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 10:00-a kimi Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 22, yaralanmış şəxslərin sayı 74, ziyan dəymiş mülki obyektlərin sayı 49, yaşayış evlərinin sayı 248 oldu.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirdi ki, bu günədək 2723 şəhidimiz dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin başında güclü siyasətçi olduğunu diplomatiya meydanında da söylədiyi nitqi ilə hər kəsə bəyan etdi. 44 günlük haqq savaşında Azərbaycan xalqının gücü və yenilməzliyi, haqq yolunda olmasını hər kəsin diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İlham Əliyev 2 oktybar 2020 “Əl-Cəzirə” televiziya kanalına, 4 oktyabr 2020-ci il “Əl-Ərəbiyyə” televiziya kanalına, 5 oktyabr 2020-ci il Türkiyənin “TRT haber” televiziya kanalına, 6 oktyabr Rusiyanın “Pervıy kanal” televiziyasına və s. dünya kütləvi informasiya kanallarına müsahibələr verdi.
Azərbaycan bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları və "Dəmir Yumruq" əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən ikinci Qarabağ müharibəsi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirməklə Ermənistan mifini və ordusunu darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti və silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildi. Azərbaycanda hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı.
Azərbaycan ordusunun bu qələbəsini, eləcə də xüsusi təyinatlılarımızın döyüş qabiliyyəti, Azərbaycan ordusunun müasir silahlardan istifadə etməsini, xarici dövlətlərin hərbi qurumları və hərbi sahədə ixtisaslaşmış tədqiqat mərkəzlərinin də diqqətini cəlb etdi".
Müsahibimiz sonda bu şanlı tarixi qələbəmizin dövlətimizin yürütdüyü daxili və xarici siyasəti, hərbi strategiyanı, xalqımızın güclü iradəsini, böyük əzmini, milli ruhunu, dünyada yaşayan azərbaycanlıların dəstəyini Azərbaycan dövlətinin gücünü və xalqının milli birliyini bütün dünyaya nümayiş etdirdiyini söylədi.