Azərbaycanın tarixi salnaməsində Aprel döyüşlərinin müstəsna rolu var -ŞƏRH
10:47 02.04.2025
Tarix
1637
Azərbaycan Ordusunun tarixi qələbələrindən biri olan Aprel döyüşlərinin 9-cu ildönümü qeyd olunur.
2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olub. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Politoloq Aytən Qurbanova "Sherg.az"a bildirib ki, Aprel döyüşləri tarixi zəfərimizə gedən yolda ən önəmli hadisələrdən biridir:
"İlk dəfə Cocuq Mərcanlı, Talış kəndi ətrafındakı yüksəkliklər və digər torpaqlarımızın işğaldan azad edilməsi həm Ermənistana, həm də onun arxasında dayanan siyasi dairələrə verilmiş önəmli mesaj idi. Yəni Azərbaycan dövləti sülh danışıqları vasitəsilə ərazilərini işğaldan azad etmək üçün addımlar atırsa, bu o demək deyil ki, kimlərsə hər hansı təzyiq vasitələrindən istifadə edərək bu ölkəni ərazilərinin işğalı ilə barışdırmağa nail ola bilərlər. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi, müdrik siyasəti, uğurlu diplomatiyası addımları, Silahlı Qüvvələrimizin gücü, hazırlıq səviyyəsi, xalqın birliyi istənilən halda hərbi yolla ərazilərini azad etmək potensialına malikdir. Bu istiqamətdə Mübariz İbrahimovun şəhidliyi ilə başlayan, aprel döyüşləri ilə davam edən və sonrakı hadisələr onu göstərdi ki, sülh danışıqları çərçivəsində heç bir halda torpaqlarımızın qaytarılması mümkün deyil. Nəticə etibarilə 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, 23 saatlıq antiterror əməliyyatları ilə suverenliyimizin tam bərpa olunmasına nail ola bildik".
Politoloq qeyd edib ki, Azərbaycanın tarixi salnaməsində Aprel döyüşlərinin müstəsna rolu var:
"Eyni zamanda həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana verilən mesajlarla paralel Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi yaradan, ilk dəfə işğal altında olan ərazilərimizin bizə geri qayıdışı sevincini yaşadan önəmli hadisə biridir. Bu gün 9-cu ildönümünü qeyd etdiyimiz Aprel döyüşləri Azərbaycanın siyasi, hərb və dünya diplomatiyası tarixində ən önəmli hadisələrdən biri kimi xalqın kimliyi, vətənpərvərliyi, milli ruhu, o cümlədən Ali Baş Komandanın gücü ilə bağlı ən mühüm mesajlar verib. Üstəlik, bunun davamında da dövlətimizin heç vaxt bir qarış torpağımızın itkisi ilə barışmayacağı istiqamətində olan həmrəyliyimizi, "Dəmir yumruq" olaraq öz maraqlarımız, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə apardığımızı sübut etdi. Ümumiyyətlə Aprel döyüşləri Yeni Azərbaycan modelini bütün dünyaya göstərən vacib məqamlardandır. Bu hadisələrin yadda saxlanılması, gələcək nəsillərə ötürülməsi zəruri xarakter daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya