Azıx haqqında dünya çox az məlumatlıdır
00:18 18.03.2021
Tarix
1375
Mağarada yeni tədqiqatlar aparılsa daha yeni faktlar üzə çıxacaq
İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrdə, o cümlədən Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur. Bu tədqiqatlarda Azərbaycana dəvət ediləcək xarici ölkə alimləri də iştirak edəcəklər. Tədqiqat istiqamətləri müəyyən edilərək bunun əsasında bir sıra araşdırmalar aparılacaq. Qeyd edək ki, işğal dövründə ermənilər xarici ölkə alimlərini bura cəlb edərək Azıx mağarasında qeyri-qanuni qazıntı işləri aparıblar. Bu dövrdə aparılan qazıntılar həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq qanunlara zidddir. Ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndində olublar.
Dövlət başçısı vurğulayıb ki, Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı illərdə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır:
"Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər çağırılmışdı. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar".
Tarixçi, tədqiqatçı Elmar Həsənli "Şərq"ə açıqlamasında bildirib ki, Azıx mağarası qədimliyinə görə MDB məkanında birinci, dünyada isə dördüncü yerdədir. O bildirib ki, bu mağara Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi diqqəti cəlb edir:
"Azıx mağarasının sahəsi 800 kv.km-dir. 1968-ci ildə Məmmədəli Hüseynovun uzun zaman apardığı arxeoloji qazıntı nəticəsində Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyünü aşkar edib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, həmin çənə sümüyünün azı 350-400 min illik bir tarixi var. Bu da Azərbaycanın ən qədim insan məskəni olduğunu sübut edir. Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Burada 700 min il bundan əvvələ aid ocaq izləri də tapılmışdır. Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir. Ona görə də Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması çox mühümdür. Çünki yeni tədqiqat və araşdırmalar yeni faktların da ortaya çıxmasına səbəb olacaq".
E.Həsənli qeyd edib ki, bu abidə UNESCO-nun Azərbaycanın maddi irsi kimi siyahısına salınmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya