Əhməd Cavadın nəvəsi DANIŞDI: “Tapılan sümüklər bir-bir yoxlanılıb...
Yusif Nəzərli
14:11 19.12.2019
Tarix
1501
Xəbər verdiyimiz kimi, 2018-ci ilin noyabrında nakam şairimiz Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı cənab İlham Əliyev işçi qrupunun yaradılması barədə göstəriş verib. Bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürülüb. Bu iddialardan sonra Ə.Cavadın nəvəsi Anar Axundzadə məsələyə dərhal reaksiya verərək sözügedən işçi qrupu ilə əlaqə saxlayıb.
İşçi qrupu vədinə əməl edərək A.Axundzadəni dəvət edərək ondan DNK analizi götürüblər.
Qeyd edək ki, məsələnin üstündən xeyli müddət keçib. Maraqlıdır, görəsən proseslə bağlı hər hansı bir yenilik varmı?
Sualımızı cavablandıran Əhməd Cavadın nəvəsi Anar Axundzadə “Sherg.az”a açıqlamasında bildirib: “O vaxt məni Dövlət Təhlüksəzlik Xidmətindən(DTX) çağırdılar. Getdim, məndən analiz götürdülər. Mən elə başa düşdüm ki, Qaradağın Puta qəsəbəsindəki qalıqları çıxarıb, saxlayıblar.
Məndən DNK analizi götürən zaman söylədilər ki, Mikayıl Müşfiqin də qohumundan analiz götürüblər. Yəni, proses davam edir, işlər görülür. İnanıram ki, yaxın zamanlarda babamın qalıqları tapılacaq və müsəlman adət-ənənəsi ilə dəfn olunacaq. Əlbəttə, bu, bizim ən ümdə arzu və istəyimizdir. Amma həmin vaxtdan bu yana heç bir məlumat yoxdur.
Açığını deyim ki, mən də aidiyyəti quruma yenidən müraciət etməmişəm. O vaxt bildirdilər ki, sümüklər bir-bir yoxlanılmalıb tam skelet formasına salınmaldır.
Bu işi DTX həyata keçirirdi. Amma yenə deyirəm, o vaxtdan bəri heç bir məlumat yoxdur. Yəqin ki, bir nəticə olacaq. Mikayıl Müşfiqin varisi ilə əlaqə saxlamamışam. Onlardan da heç bir məlumatım yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya