Gözəl təşəbbüsdür
Yusif Nəzərli
23:30 06.07.2022
Tarix
1511
Ermənilərin vandalizm hərəkətlərini sürətli dünyaya çatdıracağıq
Azər Həsrət: "Ölkənin ən çox oxunan, populyar internet resursları yeni yaradılan saytın tanınmasına qarşılıqsız dəstək verməlidir"
Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real vəziyyətini dünyaya çatdırmaq üçün yeni portal yaradılıb.
heritage.gov.az saytını Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb.
Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilən qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Saytın iyulun 7-də təqdimat mərasimi keçiriləcək.
Media eksperti Azər Həsrət "Şərq"ə açıqlamasında
Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real vəziyyətini dünyaya çatdırmaq üçün xüsusi portal yaradılmasını alqışalayiq hal kimi dəyərləndirib: "Çox gözəl təşəbbüsdür. Belə bir portalın yaradılmasını yüksək dəyərləndirməmək mümkün deyil. Uzun illərdir internet üzərindən Azərbaycanla bağlı məzmunun genişləndirilməsi üçün intensiv çağırışlar edirəm.
Xaricdə ölkəmizlə bağlı hər hansı axtarışlar aparanda saxta faktlara rast gəlinir. Məhz bu səbəbdən də bir çox hallarda informasiya savaşında uduzuruq.
Bizim üçün hər nə qədər üzücü olsa da, reallıq budur ki, ermənilər bu sahədə bizdən daha çevikdirlər. Yalan-yanlış faktlar əsasında öz ölkələri ilə bağlı geniş bir məzmun yaradıb, internet üzərindən dünyaya tirajlayırlar. Xarici təşkilatlar, yaxud da adi vətəndaşlar hansısa bir faktla bağlı axtarış aparan zaman da onların qarşısına məhz həmin məzmun çıxır. Hansı ki, o məzmunda əks olunan faktlar da birmənalı şəkildə Azərbaycana qarşı hesablanmış yalan-yanlış məlumatlar toplusudur.
Bunun qarşısını almağın yeganə yolu isə alternativ məzmun yaradaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir. Bu mənada, bir az gecikmiş də olsaq, heritage.gov.az saytının yaradılması və orada işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarının yerləşdirilməsi alqışlanasıdır. Ümid edirəm özümüz deyib, özümüz eşitməmək üçün saytda dərc olunan məlumatlar bir neçə beynəlxalq dildə tirajlanacaq.
Həmçinin də yazılan məqalə tarixi məlumatlar, təsdiqləyici faktlar, foto və video-görüntülərin olması da çox mühümdür.
Bu cür gözəl təşəbbüs sadəcə başa çatdırılan bir layihə xarakterində olmamalıdır. Saytdakı məqalələr hər gün yenilənməli, yəni gündəlik məlumatların yer aldığı bir xəbər portalına çevirmək, operativ informasiyalarla zənginləşdirmək lazımdır ki, axtarışda olmayan adamlar belə sadəcə xəbər oxumaq üçün portala daxil olanda eyni zamanda tarixi-mədəni abidələrimizlə də tanış olsun.
Düşünürəm ki, heritage.gov.az saytı geniş şəkildə ictimaiyyətə təqdim olunmalı və ölkənin ən çox oxunan, populyar internet resursları da bu portalın tanınmasına qarşılıqsız dəstək verməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual