İkinci Qarabağ savaşı tarix dərsliklərinə salınır
Fidan Həmişəyeva
10:41 27.05.2021
Tarix
1296
“44 günlük müharibənin hər günü yox, hər saatı şagirdlərimizə örnək olaraq çatdırılmalıdır”
Bu gün Prezident İlham Əliyev Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra ciddi məqama toxunub:
“Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin”.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir:
“Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq”.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur:
“Tariximizə nəzər salsaq görərik ki, yaratdığımız dövlətlər daha çox ərazi itkiləri ilə yadda qalıb. Amma 44 günlük Vətən müharibəsi Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində xüsusi bir hadisədir. Sonuncu dəfə itirilmiş torpaqlarımızın geri qaytarılmasını 359-cu ildə Amid döyüşündə, bir də Səfəvi hökmdarı Şah Abbasın dövründə yaşamışıq. Təəssüf ki, bundan sonra tarixin bütün dövrlərində ərazilərimizin qonşu dövlətlər tərəfindən işğalının şahidi olmuşuq. Lakin 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu itirdiyimiz torpaqları neçə əsrdən sonra qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox, eyni zamanda fərdi şücaətləri ilə yadda qaldı”.
Ekspertin qənaətincə, 44 günlük müharibənin hər günü yox, hər saatı şagirdlərimizə örnək olaraq çatdırılmalıdır:
“Tarix dərsliklərində elə faktlar olurdu ki, şagirdlərə öyrədəndə əziyyət çəkirdik. Məsələn, xarici ölkələrin hərb və döyüş tarixindən nümunə gətirirdik. Artıq cənab Prezidentin özü Azərbaycanı bütövləşdirən və gücləndirən bir şəxsiyyətdir.
Qədim dünya tarixindəki Roma və Osmanlı ordusundan danışırdıqsa, bundan sonra Vətən müharibəsində iştirak edən generallarımızın da hər biri şagirdlərimizə çatdırılacaq. Yalnız dərsliklərdə yox, həmçinin müxtəlif əsər və filmlərdə qəhrəmanlıq tariximizi əks etdirməliyik.
Təəssüf ki, müasir dövrdə dərsliklərimizdə şəxsiyyət yetişdirmək baxımından problem yaşayırıq. Gənclərimiz Polad Həşimovun həyatından və döyüş yolundan nümunə götürməlidirlər.
Eyni zamanda digər qəhrəman sərkərdələrimizi dərsliklərimizə gətirməliyik. Bu günə qədər tarix dərsliklərimizdə daha çox məğlubiyyət ruhunda və ərazi itkisi fonunda tarixi faktları qeyd etmişik. İndi isə İkinci Qarabağ müharibəsində yaşananlarla bağlı yeni bir nümunə olacaq. Bütün dərsliklərimizdə qəhrəmanlıq nümunələrimizə yer verməliyik ki, gənc nəslimiz vətənpərvər ruhda böyüyə bilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya