İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət edilib
Yusif Nəzərli
10:48 06.07.2022
Tarix
1258
Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir. Bu məscid də İrəvanda Təpəbaşı məhəlləsinin ərazisində olub.
APA-nın xəbərinə görə, bunu "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi" üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib
Tarixçi bildirib ki, Göy məscid Hüseynəli xan tərəfindən inşa edilib:
"Son araşdırmalarda Hüseynəli xanın məhz Göy məsciddə dəfn olunduğu barədə məlumatlara da rast gəlinir. Göy məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə xanın ailəsindən olan qadınlardan birinə aiddir. Göy məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. İran tərəfindən Göy məscidin İran məscidi adlandırılması qəbuledilməzdir. Təkcə Şeyxülislamlıq arxivində də bununla bağlı kifayət qədər sənəd var.
Artıq Göy məscid dünyada Azərbaycan məscidi kimi tanınmalıdır. 1917-ci ildə İrəvanda cəmi 100-ə qədər fars yaşayıb. 1831-1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy məscidin İran məscidi adlandırılmasına gülürlər. Artıq Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır".
Bundan başqa, qeyd olunub ki, İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb.
Qeyd edilib ki, İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi