"Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" - Yeni layihəyə start verildi
11:10 10.06.2024
Tarix
2315
Azərbaycan Türk Ocağı Sürəyya Ağaoğlu layihəsinə başlayır
"Azərbaycan Türk Ocağı" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı layihəyə start verib.
Sherg.az xəbər verir ki, 1903 - cü ildə Şuşada böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açan Sürəyya Ağaoğlu türk - müsəlman dünyasının ilk hüquq vəkilidir , 1949 - cu ildə ilk dəfə İstanbulda valdeyn qayğısından məhrum olan kimsəsiz uşaqlar ücün sığınacaq mərkəzi açıb. Türkiyədə və dünyada qadın və uşaq hüquqlarının ən fəal müdafiəcisi kimi çıxış edən S.Ağaoğlunun uğurları Mustafa Kamal Paşa Atatürkün diqqətini çəkib , şərəfinə ziyafətlər verib.
Son illər keçirilən sorğularda S.Ağaoğlu Atatürkün anası Zübeydə xanımın da olduğu siyahıda Türkiyənin inkişafına töhfə verən 10 qadından biri seçilib. Sovetlər dönəmində iki dəfə Moskvaya səfər edən S.Ağaoğlu 1982 - ci ildə Azərbaycana gəlir , qohumları ilə görüşür, ata yurdu Şuşaya getmək istəsə də mümkün olmur.Azərbaycanı Türkiyə qədər sevən , bu iki qardaş dövləti bir - birindən ayırmayan S.Ağaoğlu atası Əhməd bəy Ağaoğlunun 120 illiyi yubley tədbirinə dəvət alsa da ömür vəfa vermir , 1989 - cu ilin dekabrın 29 - da beyin qanamasından dünyasını dəyişir. Türkiyədə adına küçə və vəqf var.
Layihə əsasında "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" eyniadlı 350 nüsxədən ibarət kitab çap olunub. Layihə çərçivəsində ilk tədbir iyunun 12-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçiriləcəkdir. Növbəti tədbir iyunun 20-də İlahiyat İnstitutunda baş tutacaq, "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı kitabın təqdimatı keçiriləcək və gənclərə kitab paylanacaq. Sonrakı tədbirlər Ankara və İstanbulda - Ankara Türk Ocağı Mərkəzi binasında, İstanbul Türk Ocağında keçiriləcək. Həmçinin, Sürəyya Ağaoğlu Təhsil və Tədris Fondunda tədbir planlaşdırılır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm