
Tarixçi alim:“Ermənilər Təpəbaşını dağıdaraq yerində binalar inşa etmək istəyirlər”
Yusif Nəzərli
13:15 06.07.2022
Tarix
1486
Heç kimə sirr deyil ki, Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması 1990-cı illərdən sonra daha da geniş vüsət alıb. Bununla yanaşı, həmin illərdən depopulyasiya (əhalinin azalması) prosesinin sürətlənməsinə və yaşayış məntəqələrinin genişləndirilməsi zərurəti də, nəzərə alınsa, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı vandalizm prosesinin məqsədyönlü şəkildə aparıldığı aydın olur.
Erməni vəhşiliyi tarixçi alim Səbuhi Hüseynovun "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmasında geniş əks olunub. Bildirilir ki , İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Araşdırmalar zamanı dini abidənin belə təhqir edildiyini gördük deyən tarixçi alim Səbuhi Hüseynov "Sherg.az"a bildirib ki, ermənilər Təpəbaşını dağıdaraq yerində binalar inşa etmək istəyirlər:
"Bir çoxlarının Təpəbaşında belə hissənin qaldığından məlumatı yox idi. Biz mərhələli şəkildə məhəllə sistemini müəyyən etdikdən sonra gördük ki, orada Azərbaycan abidələri və yarışökülmüş halda məscid var. Məsciddə ermənilərin məskunlaşıb və dini abidəyə qarşı hörmətsiz addımlar atırlar. Biz bunları müəyyən etdikdən sonra məhəllənin tarixi və əhalisi barəsində araşdırma aparmağa başladıq. Məlum oldu ki,1918-ci ilə qədər burada yaşayanların böyük əksəriyyəti azərbaycanlılar olub.Tarixi abidələrə heç bir əhəmiyyət verməyən erməni diasporu isə ərazini dağıdaraq yerində yeni şəhər salmaq və binalar tikməyi planlaşdırır. Bu prosesin qarşısını almaq üçün biz tarixi abidələri qeydə aldıq və UNESCO-ya müraciət ünvanladıq ki, bu abidələrin Azərbaycanın olduğu təsdiqlənsin, həmçinin xüsusi nəzarətə götürülsün”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi