"Türk ocaqları" Şuşada kitabxana açmaq istəyir
Fidan Həmişəyeva
15:33 03.05.2021
Tarix
1927
Mərkəzi Qərargah Ankarada yerləşən, 110 yaşlı "Türk ocaqları" təşkilatı Şuşada kitabxana yaratmaq istəyir. "Türk ocaqları"nın əsas qurucu babalarından olan Əhməd bəy Ağaoğlunun adını daşıyacaq kitabxananın ərsəyə gəlməsi üçün "Türk ocaqları" bütün imkanlara sahibdir.
Bu barədə Azərbaycan "Türk ocağı"nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı "Sherg.az"a məlumat verib.
A.Aşırlı qeyd edib ki, Türkiyədə və Avropanın bir çox ölkəsində 200-dən çox şöbəsi olan "Türk ocaqları" Şuşanın tarixi önəmini və mədəniyyət paytaxtı kimi gərəkliyini çox gözəl anlayır və azad Şuşada gözəl bir kitabxana tikib, Türk Dünyası mütəfəkkirlərinin əsərləri ilə zənginləşdirməyi arzu edir.
Türkiyənin dövlətçilik tarixində böyük rolu olan "Türk ocaqları"nın əsasının Əhməd bəy Ağaoğlunun evində qoyulmasına diqqət çəkən A.Aşırlı deyib: "Cənab Ali Baş Komandan İlham Əliyev "Türk ocaqları"nın bu təklifinə müsbət rəy versə, qısa müddət ərzində bu proseslərə başlanıla bilər.
"Türk ocaqları"nın hər bir üzvü bu işi qəlbən, ruhən həyata keçirməyə hazırdır".
A.Aşırlı qeyd edib ki, Ə.Ağaoğlu, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərin Türkiyədə quruculuğunda iştirak etdiyi "Türk ocaqları" 44 günlük Vətən Savaşında daim Azərbaycanın yanında olub, qızğın döyüşlər zamanı Tərtərə, Bərdəyə və Gəncəyə 420 ailə üçün humanitar yardım göndərib.
Əksər hospital və xəstəxanalarda "Türk ocağı"na mənsub onlarla milliyyətçi türk həkimi təmənnasız yaralıları əməliyyat edib həyata qaytarıblar.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm