"Kənd məktəbəqədər hazırlıq qruplarında uşaqların sayı minumum 10 nəfərdir".
APA xəbər verir ki, bunu məktəbəqədər hazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
O bildirib ki, bu say şəhər məktəbəqədər hazırlıq qruplarında 15 nəfərdir. 'Həm kənd, həm də şəhər məktəbəqədər hazırlıq qruplarında təhsil alacaq uşaqların sayı maksimum 30 nəfər ola bilər".