Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.
"Sherg.az" Dövlət İmtahan Mərkəzinə istinadla xəbər veir ki, mayın 12-dən başlayan ərizə qəbulu prosesində bu saata kimi 69823 abituriyentin ərizəsi qeydə alınıb.
Ərizələrin qəbulu iyunun 5-də başa çatacaq. Bu müddətin uzadılması nəzərdə tutulmur.
Bu il koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar olaraq ali məktəblərə qəbul imtahanının bir dəfə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda olan inzibati binalarında yerləşən sənəd qəbulu komissiyaları qeyri iş günləri olan mayın 29 və 30-da da fəaliyyət göstərəcək.
Vətəndaşların qəbulu mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.