Əməkdar müəllimi Almaz Həsrət maraqlı təklif irəli sürüb.
"Sherg.az"ın xəbərinə görə, o qeyd edib ki, təhsil müəssisələrində Çağırışaqədərki Hərbi Hazırlıq fənnini Vətən müharibəsində iştirak edən qazilərimiz-veteranlarımız tədris etsinlər:
"Əsl kişilik məktəbini keçənlərimiz, əsl vətənpərvər oğullarımız bu günün şagirdlərini öz örnək fəaliyyətləri ilə gələcəyimiz üçün mərd xasiyyətli, əsl kişi xasiyyətli gənclər yetişdirər".
A.Həsrət fikirlərini belə bir ritorik sualla yekunlaşdırıb:
"Görəsən hərbi dərsi məktəblərdə tədris edən müəllimlərdən neçə nəfəri Vətən müharibəsində iştirak edib?!"