
Gürcüstan “Evə, Avropaya” doğru israrlıdır
Yusif Nəzərli
08:54 05.07.2022
Elm və Təhsil
781
Yaxın dönəmdə Saakaşvilinin həbsi ilə bağlı dəyişiklikləri də görəcəyik
Gürcüstanın paytaxtı Tbilisidə “Evə, Avropaya” şüarı altında etiraz aksiyaları başlayıb. Aksiya təşkilatçıları deyiblər ki, iyunun 24-də Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması ilə bağlı irəli sürdükləri ultimatumun vaxtı başa çatıb. Mitinqə Gürcüstanın müxtəlif regionlarından iştirakçılar və bir sıra ali məktəblərin tələbələri də qatılıb. Aksiyanı aparıcı müxalifət partiyalarının nümayəndələri də dəstəkləyiblər.
Məlumat üçün bildirək ki, qonşu ölkədə kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.

Qonşu ölkədə baş verən olayları “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Gürcüstanda Avropaya inteqrasiya ilə bağlı müxalifətlə hökumət arasında fikir ayrılığı Avropa Birliyinin qərarından sonra kəskin hal alıb. Partiya rəsmisi bildirib ki, müxalifət Baş nazir İrakli Qaribaşvilinin istefasını, Avropa Birliyinin 12 şərtini yerinə yetirmək üçün xalqın etimadına malik “texniki hökumət”in yaradılmasını tələb edir:
“Ancaq bu tələblər yerinə yetirilmədiyi üçün küçə etirazları başlayır. Əslində Gürcüstan özünü çoxdan “Avropa dövləti” hesab edir. Baxmayaraq ki, onun coğrafi məsafəsi və Cənubi Qafqaz regionunda Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşməsi kontinental mənsubiyyətlə bağlı suallar yaradır. Qonşu ölkənin qarışması sözsüz ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rəsmi Tbilisi ilk gündən bu müharibədə neytral mövqe tutub ki, bu da Qərbi qane etmir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar faktiki olaraq təsirsizdir. Bu da Avropanı narazı salır. Neft və qaz satışından daxil olan vəsaitlər günbəgün artır. Rusiya da Ukraynada geri çəkilənə oxşamır. Gürcüstan hakimiyyəti bunları nəzərə alaraq, Rusiya ilə münasibətləri gərginləşdirməyə getmir. Bu durum Qərbə xoş gəlmədiyindən Gürcüstana qarşı ögey münasibət sərgiləyir. Vəziyyətdən yararlanmağa çalışan gürcü müxalifəti isə xalqı küçələrə çıxarır”.
S.Əsədliyə görə, Gürcüstan müxalifəti əmindir ki, ölkənin Avropa yolunda irəliləməsində ən böyük maneə “Gürcü Arzusu” Partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir:
“Fikrimcə, proseslər hökumətin güzəştə getməsi ilə yekunlaşacaq. Yaxın dönəmdə eks prezident Mixail Saakaşvilinin həbsdə saxlanmasından tutmuş, Ukrayna müharibəsinə münasibətə qədər bir çox məsələlərdə dəyişikliyin şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya