Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
1.1. Doktorantura pilləsi üzrə:
1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400) manat;1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
1.2.1. magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
1.2.2. bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
1.3. Orta ixtisas təhsili müəssisələrində:
1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat;1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat;1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat.
1.4. Peşə təhsili müəssisələrində:
1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə - 100 manat;1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 80 manat;1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə - 66 manat.
Bu artımın tələbələrin büdcəsi üçün önəmli meyar olduğunu deyən “Azedu.az” saytının baş redaktoru Elmin Nuri "Sherg.az"a bildirib ki, dövlət tərəfindən tez-tez tələbələrin təqaüdləri yüksəldilir:
"Amma bununla kifayətlənmək olmaz. Bu gün bizim universitetlərdəki əsas problem “adlı təqaüdlərin” olmamasıdır. “Adlı təqaüdlər” bütün dünya universitetlərində olub. Bu təqaüdlərin olması tələbələr arasındakı rəqabəti yüksəldir və onların gələcək karyerası üçün uğurlu zəmin yaradır. Bakı Dövlət universitetində 22 elm xadiminin adını daşıyan "adlı təqaüd" var. Təəssüf ki, BDU bu təqaüd üzrə yeganə hesab edilə bilər.
Yalnız ADA universiteti son bir neçə ildə "adlı təqaüdlərin" əsasını qoyub. Digər universitetlər isə bu siyahıdan kənarda qalıblar. Hətta bizim heç bir özəl ali təhsil müəssisəmizdə "adlı təqaüd"ə yer verilmir. Yalnız Müasir Azərbaycan Universitetində Şəhid Fəxrəddin Qurbanlının adına təqaüd təsis edilib.
Təqaüdün ümumu məbləği 500 manatdır və bir illik verilir. Bizim 10-a yaxın özəl ali təhsil müəssisələrimizdən heç biri, elm xadimlərimizin adını yaşatmaq və tələbələrə motivasiya vermək üçün heç bir təqaüd proqramı həyata keçirmir.
Halbuki bu çox asandır. Bu gün universitetlər işlərini düzgün qura bilsə və qalstuk geyinərək gəzən Tələbə Gənclər təşkilatının rəhbərləri qətiyyətli addımlar atsalar, daha yaxşı layihələr hazırlamaq olar".