"Magistraturaya qəbulun nəticələrinin sabah gün ərzində elan olunması nəzərdə tutulur".
"Sherg.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi feysbuk səhifəsində məlumat verilib.
15:58
"Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçiminin bu gün elan olunması nəzərdə tutulmur".
Bunu "Sherg.az"ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.
"Biz həftənin beşinci günü elan vermişdik. İxtisas seçiminin yekunlaşdıqdan sonra həftə sonu oldu. Ümumiyyətlə, nəticələr ixtisas seçimi başa çatdıqdan sonra 2-3 gün ərzində açıqlanır . Yaxın 2 gün ərzində nəticələri elan edəcəyik".
Qeyd edək ki, 2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi iyulun 14-ü başa çatıb. Hazırda 14171 plan yeri uğrunda 17359 nəfər mübarizə aparır. Onlardan 16024 nəfər Azərbaycan bölməsi üzrə, 1335 nəfər isə rus bölməsi üzrə müsabiqədə iştirak edir.