
Dünya gələcəyimiz olan uşaqları sosial şəbəkələrdə itirir: Məhdudiyyətlər tədbiq edilsin!
11:38 21.11.2024
Sosial
601
Avstraliya hakimiyyəti sosial şəbəkə istifadəçilərinin yaşını məhdudlaşdıran, 16 yaşdan kiçik şəxslərin bu şəbəkələrə girişini qadağan edən qanun qəbul edib
Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaneze müvafiq bəyanatla çıxış edib.
Hökumət başçısı qeyd edib ki, Avstraliya sosial media istifadəçiləri üçün minimum yaş həddini 16 yaş müəyyən edən qanun qəbul edib.
“Qanun hazırkı onlayn təhlükəsizlik qanunvericiliyinə dəyişikliklər edir ki, bu da gənc avstraliyalıların inkişafının kritik mərhələlərində onların daha etibarlı müdafiəsini təmin edəcək”, - Baş nazir bildirib.
Albaneze həmçinin qeyd edib ki, Avstraliya hakimiyyəti texnologiya şirkətləri və sosial şəbəkə administrasiyalarından 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yaratmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görmələrini tələb edəcək.
“Hökumət yeni qanunu pozduğuna görə sərt cəzalar tətbiq edəcək və rəqəmsal platformalar 49,5 milyon Avstraliya dollarına qədər (32 milyon dollardan çox) cərimə ilə üzləşəcək”, - o qeyd edib.
Yeni qaydalar “Snapchat”, “TikTok”, “Instagram” və “X” sosial şəbəkələrini əhatə edəcək. Bununla belə, “Google Classroom” və “YouTube”, həmçinin, mesajlaşma vasitələri və onlayn oyunlar uşaqlar üçün əlçatan olacaq. Maraqlıdır, Azərbaycanda belə bir qanun qəbul edilsəydi, mənzərə necə olardı?
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, Avstraliya parlamenti çox möhtəşəm qanun layihəsi qəbul etməklə dünyaya nümunə olacaq bir addım atıb:

"Uşaqların sosial mediadan asılı bir vəziyyətə düşdüyü müasir dövrdə belə bir qanun layihəsinin hazırlanması və müzakirə edilməsi günün ən vacib məsələsidir. Çünki artıq dünya gələcəyimiz olan uşaqları sosial şəbəkələrdə itirir. Bu şəbəkələr onların tərbiyəsinə, əxlaqına, inkişafına, gələcəyinə böyük zərbələr vurur. Bu, həyacan təbilinin çalınması vacib olan nüansdır və tək Avstraliya yox, bütün dünya ayağa qalxmalı, gələcəyimizi xilas etməlidir.
Fikirləşəndə ki, uşaqlar 24 saatın çox hissəsini sosial şəbəkə və mediada keçirir, onların nə sağlamlığından, nə də şüurlu inkişafından söhbət gedə bilər. Dəfələrlə sosial şəbəkələrdə uşaqların aldadılması, yoldan çıxarılması, onların bədənlərindən istifadə halları ilə qarşılaşırıq. Bütün bunların qarşısının alınması üçün ən uyğun yol yaş məhdudyyətinin tətbiq edilməsi olar.
Düşünürəm ki, öz milli dəyərlərinə, əxlaq kodeksinə sadiq olan ölkəmizdə də bu qərar dəstəklənəcək və yaxın gələcəkdə sözügedən istiqamətdə müəyyən addımlar atılacaq.
Bəli, cərimə tətbiqi bu sahədə ciddi dönüş yarada bilər. Belə olan halda valideyn də, digər məsul şəxslər də uşaqları sosial mediadan müvafiq yaş həddinə kimi qorumalı olacaq. Bu da təbii ki, öz müsbət təsirini göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət