
Abdullah Ağar: Türkiyənin Yaxın Şərq ilə bağlarını kəsərək onu geosiyasi mühasirəyə almaq istəyirlər
09:55 13.12.2024
Siyasət
1440
"Türkiyənin Yaxın Şərq ilə bağlarını kəsərək onu geosiyasi mühasirəyə almaq məqsədi güdülür".
Bunu Orta Şərqdə gedən son proseslərlə bağlı "Sherg.az"a açıqlama verən hərbçi və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib:

"Məsələ yalnız Suriyada yaradılan “Davud Dəhlizi”, “Bashan Oxu Bölgəsi” və ya “İbrahim Yolu Keçidi” deyil.
Burada əsl məqsəd, neokon Atlantikçilərin və israilli radikal sağçı fundamentalistlərin Süleymaniyyədən başlayıb Suriyaya, oradan İsrailə və Aralıq dənizinə qədər uzanan, Davud Dəhlizi adlanan davamlı bir coğrafiya qurmaq cəhdidir.
Detallara nəzər salaq:
İraq/Süleymaniyyə, Hormor/Çəmçəməl keçidi (təbii qaz mənbələri ilə zəngin bölgə), 2003-cü ildə İraqın işğalı zamanı yaradılmış, Kərkük mərkəzli Mübahisəli Bölgələr (neft və qaz ehtiyatları), 2003-cü ildə işğal zamanı yaradılmış, Mosul (Ninəva) mərkəzli Mübahisəli Bölgələr: Məhmur, Qəyarə, Sincar (neft və qaz ehtiyatları)
İraqdan Suriyaya keçid: YPG/PKK nəzarətində olan terror bölgələri (Əl-Bukemal–Əl-Qaim, Yarubiyə, Fişxabur)
Fəratın şərqi və şimal-şərqindəki YPG/PKK nəzarətində olan ərazilər (neft, qaz, su ehtiyatları və kənd təsərrüfatı torpaqları)
Davud Dəhlizi: YPG/PKK bölgəsindən başlayıb Fəratın qərbinə keçən ərazilər, Əl-Tənəf bölgəsində ABŞ və ÖSO təsir dairələri
Bashan Oxu Bölgəsi: Dəra, Süveyda, Hermon dağı, Colan təpələri və İbrahim Yolu
İsrailə keçid.
Bu, uzun müddətdir diqqət çəkməyə çalışdığım əsl strateji dəhlizdir. Bu dəhlizin əsasını YPG/PKK terror təşkilatı təşkil edir. Həmçinin sözügedən dəhliz nəhəng enerji mənbələrini, neft və qaz boru xətlərini, ticarət yollarını, Aralıq dənizinə çıxışı və bu bölgədəki geosiyasi təşəbbüsləri əhatə edir".
Ekspert əlavə edib ki, sözügedən dəhliz Türkiyənin Yaxın Şərqlə olan bağlarını kəsən geosiyasi divar rolunu oynayır:
"Bu dəhliz Türkiyəni mühasirəyə alır. Yəni Türkiyəni boğma məqsədinə xidmət edən böyük bir strateji layihənin parçasıdır.
Bu dəhliz, həmçinin bölgədə dövlətlərarası və daxili münaqişələrə, hətta məzhəb müharibələrinə səbəb olacaq bir potensiala malikdir. Çıxış yolu isə YPG/PKK terror təşkilatı bu planın əsas parçası olaraq tamamilə sıradan çıxarılmasıdır. Yəni Suriyanın birliyi qorunub-qorunmamasından, siyasi strukturunun dəyişib-dəyişməməsindən və ya parçalanmasından asılı olmayaraq, YPG/PKK məhv edilməli, dağıdılmalı və əllərindəki ərazilər geri alınmalıdır. Çünki Türkiyə 40 illik mübarizənin, on minlərlə şəhidin qanının və trilyonlarla dollarlıq iqtisadi xərclərin nəticəsində ya tarixi bir qələbəyə çatacaq, ya da mühasirəyə alınacaq. Hər şey artıq Türkiyə Cümhuriyyəti Dövlətinin və onun şanlı ordusunun qərarlarına bağlıdır.
Ağılları üstün, yolları açıq olsun!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz