Ay savadsızlar, Emin Əmrullayev riyaziyyatçı deyil - Etibar Əliyev

"Yazırlar ki, Emin Əmrullayev Xankəndində dərs keçdi. Nazir test kitabçasından uşaqlara bir tənlik yazır. Əlində tutduğu dərsliyə oxşamır. Düşünülmüş ssenaridir". 

Sherg.az xəbər verir ki, bu sözləri keçmiş deputat, təhsil eksperti Etibar Əliyev özünün feysbuk səhifəsində yazıb. Təhsil eksperti daha sonra qeyd edir:

"Ay savadsızlar, E. Əmrullayev riyaziyyatçı deyil. O, bilirdi ki, Xankəndində məktəbi ziyarət edəcək. Emin məllimin orta məktəbdən babat  riyazi biliyi olsaydı, kitabçasız, özünün biliyi çərçivəsində uşaqlara bir tənlik yazardı. Kitabçadan köçürdüyü tənliyin həlli üçün lövhə qarşısına çıxan uşağın tənliyi düz və ya səhv həll etməsini nazir necə başa düşə bilər? Axı o riyaziyyatçı deyil…

Bu cür artistlik nəyə lazımdır? Cəmiyyəti ələ salırsınız?".