Baş nazirin qərarı dəstəkləndi - Doktoranturaya maraq artacaq
Fidan Həmişəyeva
13:39 18.03.2021
Elm və Təhsil
683
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün lazım olan beynəlxalq dil sertifikatları sırasına STANAG da əlavə edilib.
Buna qədər IELTS, TOEFL, TestDaF, DELF, DALF beynəlxalq dil sertifikatları olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurdular.
Yeni qərarı “Sherg.az”a dəyərləndirən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil üzrə mütəxəssis Kamran Əsədov “Sherg.az”a açıqlamasında doktoranturaya qəbul qaydalarındakı dəyişikliklərin çox vacib olduğunu diqqətə çatdırdı:
“Son illər Azərbaycanda doktoranturaya qəbul olmaq istəyənlərin sayında kəskin artım müşahidə olunur. Bunun 2 səbəbi var: ölkəmizdə gənclərin elmə gəlməsi üçün stimullaşdırıcı addımların və doktorantura pilləsində təhsil alanlara verilən təqaüdlərin artırılması. Həmçinin imtahan prosesinin şəffaf təşkil edilməsi.
Təəssüf ki, əvvəlki illərdə imtahan prosesi şəffaf həyata keçirilmirdi. Doktorantura pilləsinə qəbul üçün, eyni zamanda elmi dərəcə almağa görə müdafiə işlərində xarici dil üçün minimum qiymətlər tələb olunurdu.
Həmin imtahan iştirakçıları Dövlət İmtahan Mərkəzində (DİM) imtahan verməli idilər. Amma müəyyən şəxslər var ki, onlar xarici ölkələrdə IELTS və.s kimi imtahan verirdilər.
Baş nazirin məhz yeni qərarı həmin imtahan nəticələrinin Azərbaycandakı nəticələrlə eyniləşdirilməsini təmin edir. Bu da təhsil əlaçtanlığı üçün müsbət bir addımdır. Eyni zamanda imtahan iştirakçıları əlavə xərcdən azad olurlar. Yeni qərar olduqca müsbət tendensiyadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat